Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
107
– Oxunanlar Allah kəlamıdır… Qulaq asmaq savabdır, 
– deyə söhbət edən qonaqlara işarə ilə bildirmək istəyirdi ki, 
mollaya olmasa da, Allah kəlamına hörmət etsinlər. Yenə  də 
qulaq asan asırdı, asmayanlar da öz işində idilər.  
Əziz  əsəblərini cilovlaya bilmirdi. Tək qalmaq istə-
yirdi… Öz dərdi ilə üz-üzə, göz-gözə qalmaq istəyirdi… Bir 
qırağa çəkilib uşaq kimi ağlamaq istəyirdi. Dağ boyda dərdin 
qabağında bu təm-təraq, bu etinasız insanlar ona az qala göz 
dağı idi. Bir tərəfdən də özünü sakitləşdirməyə çalışırdı. “Əziz, 
özünü  ələ al! Elin adətinə üz çevirmək olmaz.. Təkcə  sənin 
üçün deyil ki. Hamı bu körpüdən keçir. Bu gün isə dərd sənin 
üçün gəlib. Bunun başqalarına dəxli yoxdur. Bu dərdi sən 
çəkməlisən. Bəlkə  də doğru deyirlər, bu, sənin Sənəmə olan 
son borcundur. Sənəm?!” 
Sənəm kəlməsi  Əzizi içərsindən yandıra-yandıra ötüb 
keçdi. Dilini-dodağını da yandırdı. Gözlərindən od çıxdı.  
Molla duanı oxuyub qurtardı  və elan etdi ki, sabah üç 
verilir. Qadınlar saat on birə, kişilər isə saat beşə dəvət olunur. 
İmkanı olanlar buyurub gələ bilər. Sonra da işarə ilə bildirdi ki, 
məclisə çörək gətirilsin. Mollanın işarəsinə  bənd imiş kimi 
cavanlar işə başladı. Süfrə səliqə-səhmanla düzülüb-qoşuldu.  
–  İmam ehsanıdır! Süfrəyə  əl uzadın, – deyə molla 
məclis  əhlinə bildirdi və özü çörək kəsib  şirin-şirin yeməyə 
başladı.  
“Məclis sahibi özü birinci süfrəyə əl uzatmasa, qonaqlar 
da süfrəyə əl uzatmaz.” Bu səs lap uzaqlardan gəldi. Babasının 
səsi idi. Nə vaxtsa, o, Əzizin atasına belə demişdi, bu da Əzizin 
yadında qalmışdı.  
Əziz özünü toplayıb bir tikə çörək kəsdi. Amma tikə 
ağzında böyüdü. Nə qədər etdisə, boğazından keçmədi. Qalxıb 
məclisdən çıxdı. Bir an çadırın qabağında ayaq saxladı. Nə 


 
 
 
Solmaz Muxtarova 
 
108
etmək istədiyini özü də bilmirdi. Kimsə ona yanaşıb nə isə 
dedi. Amma Əziz heç nə başa düşmədi: “İndi mən nə edim?!” 
Bir kənarda dayanıb gəlib-gedəni qarşılayan Zakir 
Əzizə yaxınlaşdı:  
– Qardaş, bir şey lazımdır? 
– Yox, yox… Heç nə lazım deyil, – deyə hövsələsiz 
cavab verdi. Azca sonra Əziz nə fikirləşdisə, cibindən bir çin 
pul çıxarıb Zakirə uzatdı. 
– Al, məclisi yola ver… Hər şey layiqli olsun.  
Başqa heç nə demədi. Zakir də heç nə soruşmadı.  
Əziz maşına oturub bağa tərəf üz tutdu. Yolda bir neçə 
dəfə maşını saxlayıb durdu. “Artıq Sənəm yoxdur… Və bir də 
heç vaxt olmayacaq…”  
Yol boyu bir neçə  dəfə bu səs onun qulaqlarında 
cingildədi. 
Hava sərin idi. Əziz maşını həyətə salıb, qapını arxadan 
bağladı. Eyvana çıxdı. Eyvanda masanın üstündəki qızıl güllər 
bir qədər solmuşdu. Otuz doqquz gül idi. Üç gün əvvəl 
Sənəmin otuz doqquz yaşı olmuşdu. Əvvəlcə restoranda, sonra 
isə bağda qeyd etmişdilər.  Əziz həsrətlə boynu bükülmüş 
güllərə baxdı. Bir xeyli baxdı… Sonra keçib divanda oturdu və 
uşaq kimi ağladı. Əzizin bütün bədəni əsirdi. Ona elə gəlirdi ki
onun ömrü boyu tikib-qurduğu dünyası uçub-dağılırdı.  
O, bir xeyli ağlayıb boşaldı. Bədəni süstləşdi. “Sə-
nəm?!” Ona elə  gəldi ki, Sənəm bu dünyadan tək özü 
getməyib. Özü ilə bahəm  Əzizin keçmişini, bu gününü, 
sabahını… Yaxşı  hər nəyi varsa – hamısını özü ilə aparıb. 
Bundan belə Əzizin yaşaması üçün heç nə qalmayıb. Heç nə… 
Bəs necə olacaq? Bu boş, mənasız dünyada Əziz təkbaşına nə 
edəcək? Özünə yazığı gəldi. Başını qaldırıb çölə baxdı.  
Yağış  hələ  də narın-narın yağmaqda idi. Bu yağış 
Sənəmin məzarına yağırdı. Bu fikir onu üşütdü. Qalxıb bir neçə 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
109
dəfə eyvanda hövsələsiz var-gəl etdi. Bir araq götürüb masanın 
arxasına keçdi.  
Əziz on ildən çox idi ki, içmirdi. İçkini birdəfəlik at-
mışdı. Çünki Sənəm belə istəmişdi. Demişdi ki, canına zi-
yandır. Doğrudan da Əziz içəndə çox əziyyət çəkirdi. “Bağışla 
məni Sənəm, mən bu gün içməliyəm. Bağışla məni…” Əziz bu 
sözləri ucadan dedi və araqdan qədəhə doldurub başına çəkmək 
istədi. Amma əl saxladı. “Axı sən mənə söz vermisən, Əziz!” 
Əziz bu səsi açıq-aydın eşitdi. “Bağışla, dərd məni vaxtsız 
yıxıb…”  
O, qədəhi yerə qoyub ayağa qalxdı. Eyvanın kənarına 
yaxınlaşıb durdu. Qonşu həyətlərdə yanan işıqların  şöləsi 
süzülə-süzülə ətrafa yayılırdı. Məhəllə uşaqlarının səsi, musiqi 
səsi bu ağır sükutu yarıb keçərək  Əzizin başı üzərində 
dolanırdı. 
Əziz işıqları yandırmamışdı. Qaranlığa sığınıb sa-
kitləşmək istəyirdi. Çünki heç kəsi, heç nəyi görmək istəmirdi. 
Artıq onun bu dünyada görmək istədiyi bir şey yox idi. Bir də 
fikrindən keçirtdi ki, onun işığı yuxarıdan söndürülüb, çətin ki, 
bir də yana.  
Əziz boşluqda idi. Onu bu dünyaya bağlayan bütün 
tellər qırılmışdı. Dünənki bacarıqlı, dözümlü Əziz artıq yox idi. 
Necə ki Sənəm ona tez-tez deyərdi: 
– Əziz, sən heç kəsə bənzəmirsən… 
Heç kəsə bənzəməyən Əziz bir göz qırpımında tarimar 
oldu. Heç izi-tozu da qalmadı.  
– Sənəm… 
Özündən asılı olmadan Əziz astadan Sənəmi çağırdı. 
Sanki ondan kömək istəyirdi. Amma səsinə səs verən olmadı.  
Handan-hana həzin bir musiqi səsi az qala Əzizi sil-
kələdi. O, bu səsdən qaça bilmədi. Əksinə bədəni uçundu. Akif 
İslamzadənin səsi idi… Bu səs daha çox bir qəlbin naləsinə 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə