Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
101
– Sayad xanım, bir nəfər qəbulunuza gəlmək is-
təyir.  
– Bu gün qəbul günü deyil... – deyə Sayad əsəbi 
halda bildirdi.  
– Nə qədər deyirəm, qulaq asmır.  
– Sabah qəbul günüdür, qoy sabah gəlsin.  
– Qoca kişidir, başa sala bilmirəm. Deyir ki, bu 
gün mütləq sizi görməlidir. 
– Yaxşı-yaxşı başa sal! 
Hazırda Sayad kiminsə dərdinə qulaq asası hal-
da deyildi. Öz dərdi bəs edərdi. Katibə kabinetdən 
çıxdı.  
Sayad fikrini dağıtmaq üçün masanın siyirtmə-
sində saxladığı şəkilləri götürüb bir-bir baxmağa baş-
ladı. Çoxu cavanlıq  şəkilləri idi. İnstituta daxil 
olandan bir neçə gün sonra anası ilə çəkdirdiyi şəkildə 
nəzərlərini saxladı. Sayad başını anasının çiyninə 
söykəmişdi. Anası isə Sayadı qucaqlayaraq 
gülümsəyirdi. Bəxtəvər görünürdülər. “Anacan, heyif 
sən bu günləri görmədin... Sənə rahat çörək qismət 
olmadı.” Sayad bu sözləri anasının gözlərinə baxaraq 
ucadan dedi. Ona elə  gəldi ki, anası onu eşidir. Bir 
xeyli sonra şəkilləri toplayıb yerinə qoydu. Amma özü 
ağlı-qaralı xatirələrin içində qaldı, oradan çıxa 
bilmədi.  
Katibə  qız bir neçə yeni sənəd gətirib Sayadın 
qarşısına qoydu: 
– Beynəlxalq əlaqələr şöbəsindəndir.  


 
 
 
Solmaz Muxtarova 
 
102
Sayad sənədlərə ötəri baxdı. Təcili olmadığın-
dan kənara qoydu və qəhvə istədi. Düşündü ki, bəlkə 
başının ağrısına kömək edər, beyni azca açılar. Katibə 
qəhvəni qoyub çıxanda, qapıda ayaq saxlayıb sıxıla-
sıxıla dedi: 
– Sayad xanım, o qoca hələ də oturub gözləyir... 
– Nə qoca? 
– Qəbulunuza gələn qoca. Nə  qədər deyirəm
çıxıb getmir.  
Sayad əsəbi halda öz-özünə deyindi: 
– Bu insanlar üçün qayda-qanun yoxdur. Hər 
kəs öz istədiyini etmək istəyir.  
Sonra nə fikirləşdisə, katibənin arxasınca dedi: 
– Yaxşı, qoy gəlsin görək nə istəyir. 
Katibə çıxdı və bu an telefon zəng çaldı. O, dəs-
təyi götürüb cavab verdi: 
– Bəli. 
– Salam. 
– Salam Sabiq müəllim, sizsiniz? Bəli, bəli, eşi-
dirəm. Necə? Almaniyadan qonaqlar gəlir? Görüş ola-
caq? Mütləq gələrəm.  
Sayad telefonla danışan zaman qapı ehtiyatla 
açıldı. Kimsə kabinetə daxil oldu və salam verdi. 
Sayad başı ilə salamı alıb qonağa oturmağa yer 
göstərdi. Telefonla danışıb qurtardıqdan sonra o, 
dəstəyi qoyub, başını qaldırmadan xarici qonaqlarla 
görüşlə bağlı qeydlər edib, hələ  də ayaq üstə duran 
qocaya ikinci dəfə əyləşməyi təklif etdi: 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
103
– Buyurun, oturun, – deyərək başını qaldırdı və 
donub qaldı.  
Qoca baxışlarını Sayaddan yayındırıb astadan 
nə isə dedi. Sayad onu eşitmədi. “Odur!” Sayadın üs-
tünə elə bil qaynar su tökdülər. Gözlərindən od çıxdı. 
Qoca oturub yazıq-yazıq ona baxırdı. Sayad özündə 
qüvvə tapıb dilləndi: 
– Sizə nə lazımdır? 
Qoca qırıq-qırıq dedi: 
– Oğlum xəstədir. Azərbaycanda müalicəsi yox-
dur.  
Qoca  əlləri  əsə-əsə  əlində saxladığı papirosu 
yandırmağa icazə istədi.  
– Olar yandırım? 
– Buyurun. 
Qoca tələsik papirosu yandırıb bir neçə dəfə ac-
gözlüklə tüstünü canına sovurdu. Özünü itirdiyindən 
nə etdiyini bilməyən Sayad düyməni basıb katibəni 
çağırdı.  
– İki stəkan çay gətir.  
Elə bil qoca bir qədər ürəkləndi.  
– Müalicəsi Almaniyadadır.  
Katibə iki stəkan çay gətirdi. Qoca təklif gözlə-
mədən çaydan bir qurtum içdi, elə bil ürəyi yanırdı.  
– Qızım, məni bağışla... 
“Səni bağışlayım?! Mən səni necə bağışlayım? 
Axı  mən təkcə  səni itirmədim. Səninlə bir yerdə 
insanlara olan inamımı itirdim... Uşaqlığımı itirdim... 


 
 
 
Solmaz Muxtarova 
 
104
Həyatın dadını-ləzzətini, hər  şeyi itirdim... Ən 
başlıcası isə anamın xoşbəxt gününü görə  
bilmədim...” 
Qəhər Sayadı boğdu.  
– Oğlunuzun sənədlərini hazırlayıb, katibəyə 
verin, – deyib o, oturacaqdan qalxdı.  
– Çox sağ ol, qızım, çox sağ ol... 
Qoca bir neçə  dəfə bu sözləri təkrar etdisə  də, 
Sayaddan cavab gəlmədi.  
Qoca qalxıb qapıya tərəf getdi. Qapıda ayaq 
saxlayıb arxaya döndü, bir xeyli baxdı. Bilmək olmadı 
ki, bu anda qoca kimi görürdü?! Onunla üzbəüz da-
yanan alim Sayad xanımı, yoxsa çox-çox uzaqlarda 
qalmış yetim Sayadı?!  
  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
105
 
 
 
KİŞİLƏR 
 
 


 
 
 
Solmaz Muxtarova 
 
106
 
 
 
Y
ağış daha da şiddətlənmişdi. Qəbr üstündən qayıdan 
qohum-əqrəba, dost-tanış çadırın qarşısında sıraya düzüldü. 
Molla nə isə oxudu. Fatihə verildi. Mərhumun ruhuna salavat 
çevrildikdən sonra gülab paylandı. Sonra camaat çadıra keçdi. 
Hər kəs öz yaxınları ilə bir masa başında oturub yerini rahatladı 
və qaydası üzrə molla “Quran”dan ayələr oxumağa başladı.  
Əslində mollaya qulaq asan az idi. Hər kəs baş-başa 
verib söhbət edirdi. Kimisi astadan, kimisi isə ucadan… 
Bəzilərinin isə fikri uzaqlarda idi, çünki onlara heç nə 
olmamışdı. Nə olmuşdu – Əzizə olmuşdu…  
Süfrəyə qulluq edən cavanlar ortalıqda fırfıra kimi 
fırlanır, süfrəyə lazım olanları  gətirib, lazım olmayanları 
aparırdılar. Onlar cani-dildən öz işlərini görməkdə idilər. Yəqin 
ki, onlar buna adət etmişdi. Kiminsə vaxtsız, ya da vaxtında bu 
dünyadan köçməsinin onlara heç bir dəxli yox idi.  
Əzizin az qala ürəyi partlamaq istəyirdi. Yerində outra 
bilmirdi. Ona elə gəlirdi ki, yuxu görür… Baş verənlərə inana 
bilmirdi… Dünən bu vaxt sağ-salamat olan, toya getməyə 
hazırlaşan Sənəmin indi soyuq torpağın altında olması  Əzizin 
ağlına batmırdı ki, batmırdı.  
Yağış isə ara vermirdi… Çadırı döyəcləyən yağış 
səsləri onu lap hövsələdən çıxarırdı. Düşünəndə ki, bu yağış 
Sənəmim məzarına yağır qəhərdən boğulurdu. Ürəyi parça-
parça olurdu. “Dünən bu vaxt bəxtəvər idik… Artıq hər  şey 
bitdi…” 
Molla öz işində idi. Aramla oxuyurdu. Arada ləzzətlə 
çaydan bir qurtum içib məclisə göz gəzdirirdi.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə