Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
114
həyəcanlı  səsi onun qulaqlarında cingildədi.  Əziz heç nə başa 
düşmədi. Danışan kim idi? Nə deyirdi? Amma qarışıq səslər 
içində “Sənəm, Sənəm..” kəlməsi eşidilirdi. Əziz təlaşla bir də 
soruşdu: 
– Danışan kimdir? Nə olub?.. 
– Sənəmi maşın vurub… 
Bu xəbər ildırım tək  Əzizi vurdu. Özü də bilmədi 
xəstəxanaya necə  gəldi. Bir o yadında idi ki, xəstəxananın 
həyətində aləm bir-birinə  dəymişdi. Polis işçiləri, qohumlar, 
qadınların çığırtısı,  Əziz Səmayənin  ət ürpəşdirən səsini lap 
uzaqdan eşitdi.  
– Bacın ölsün, ay Sənəm!.. 
O, zorla adamları aralayıb irəli keçdi. Xəstəxananın 
qapıları bağlı idi. İçəri heç kəsi buraxmırdılar. Dəhlizdə  hərə 
bir tərəfə qaçırdı. Əziz bərk-bərk qapını döydü: 
– Açın qapını! 
Handan-hana qapı açıldı. Həkimlər, tibb bacıları  Əzizi 
sakitləşdirməyə çalışırdı. Baş  həkim bildirdi ki, xəstənin 
vəziyyəti ağırdır. Maşın onu vurub bir neçə metr kənara 
atmışdı. Əzizi saxlamaq mümkün olmadı. O, dəli kimi Sənəm 
yatan palataya qaçdı.  
Sənəm tanınası halda deyildi. Bircə gözləri görünürdü.  
– Sənəm! Sənəm! – deyə Əziz qışqırdı. 
Deyəsən Sənəm bu səsi eşitdi və tanıdı. Gözlərini azca 
açıb səs gələn tərəfə baxdı.  
– Əz…iz… – deyə o çağırdı.  
Bu, Sənəmin son sözü oldu…  
– Sənəm!.. Sənəm!.. – deyə  Əziz nalə  çəkdi. Bu səsi 
Sənəm eşitmədi. Onun baxışları söndü və gözlərini  Əzizdən 
ayırmadan can verdi.  
– Sənəm! Mən sənsiz yaşaya bilmərəm. Məni tək 
qoyma! 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
115
Əzizin bağırtısı  xəstəxananın divarlarına, qapı-pən-
cələrinə dəyib haray qopardı. Kimsə Əzizi kənara çəkdi. 
– Oğlum, özünü ələ al. Özünü ələ al. 
– Mən də  səninlə öldüm, Sənəm! Mən də  səninlə 
öldüm… 
Onu zorla çəkib palatadan çıxartdılar. Zülmət bir aləm 
Əzizi ağuşuna aldı.  
Yataq otağının qapısı astadan döyüldü. Əziz cavab 
vermədi. Qapı bir də döyüldü.  
– Oğlum, Əziz… Səni görmək istəyirlər. Yanına gələn 
var. 
Bu, anasının səsi idi.  
– Mən heç kəsi görmək istəmirəm! 
– Oğlum, bəlkə?.. – ana sözünün ardını gətirə bilmədi.  
Əziz könülsüz yataqdan qalxıb geyindi. Onsuz da 
yuxusu gəlmirdi. Anası qapının arxasında durmuşdu.  
– Kimdir məni görmək istəyən?.. – hövsələsiz soruşdu.  
– Üzüqara olmuşlar… 
Əziz anasının nə demək istədiyini başa düşməyib bir də 
soruşdu: 
– Hansı üzüqara olmuşlar?..  
– Sürücünün adamları gəlib. 
Əzizə elə bil od vurdular. Gözlərinin önündə al-əlvan 
qığılcılmlar yanıb-söndü. Qonaq otağına keçib Həsən kişiyə 
dedi: 
– Həsən  əmi, mən heç kəsi görmək istəmirəm! Qovun 
onları getsin!..  
– Oğlum, bir qəzadır olub…  
– Həsən  əmi, dedim ki, qovun onları getsin! Mənim 
onlarla danışılası sözüm yoxdur! 


 
 
 
Solmaz Muxtarova 
 
116
– Yox. Mən bunu edə bilmərəm, sənə  də  məsləhət 
bilmirəm. Bir hadisədir olub. Qapına gəliblər. Bir qulaq as, gör 
nə deyirlər. Sonra özün bilərsən nə edərsən.  
– Mən heç kəslə danışmaq istəmirəm. Mənə olan olub, 
qoy çıxıb getsinlər.  
– Nə deyirəm ki, özün bilən yaxşıdır, – deyib Həsən kişi 
qapıdan çıxdı.  
Evdən azca aralıda dayanan qara volqanın yanındakı 
adamlara yaxınlaşıb nə dedi, nə demədi onlar maşına oturub 
getdilər.  
Sən demə hər kəsi öz dərdi ağladır. Əziz bu vaxta qədər 
bunu ağlına gətirməmişdi. Bəlkə də bu barədə fikirləşməmişdi. 
Nə olsun ki, o, çox məclislərə getmişdi. Çoxlarının dərdinə 
şərik olmuşdu. Axır zamanlar maşın qəzası baş alıb gedirdi. 
Bəzən bir ailənin neçə üzvü həlak olur. İndi gəl buna döz
görüm necə dözürsən.  
“İnsanın üzü bərkdir. Hər  şeyə dözür, çünki başqa 
çarəsi yoxdur.” 
Azca keçmiş  Həsən kişi gəldi.  Əzizin yanında outrub 
köks ötürdü.  
– Oğlum, Əziz, bu qədər özünü üzmə. Yazıqsan. Onsuz 
da ölənlə heç kəs ölmür.  
Əziz dinmədi. Sükut xeyli uzandı.  
– Uşaqdan xəbər çıxmadı, – deyə anası Kövsər arvad 
nigarançılığını gizlədə bilmədi.  
– Dekanatlığa teleqram vurmuşam. Bir neçə  dəfə  də 
telefonla danışmışam. Deyirlər uşaqları başqa şəhərə təcrübəyə 
göndəriblər.  
Oğlu Fərhad Moskvada təhsil alırdı. Bu, Əzizin istəyi 
idi. Oğlunun başqa  şəhərdə  təhsil alması  Sənəmin ürəyindən 
olmasa da, Əzizin fikri ilə razılaşdı. Onlar birlikdə Moskvaya 
getdilər. Fərhad instituta daxil oldu. Münasib yerdə kirayə ev 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
117
tutdular.  Əziz işləri səhmanlayıb qayıtdı. Sənəm isə  Fərhadla 
Moskvada qaldı. Bir neçə gün gəzib dolandılar. Moskvanın 
görməli yerlərində oldular. Sonra bir yerdə Bakıya qayıtdılar.  
Artıq Fərhad üçüncü kursda oxuyurdu. Bu illər ərzində 
Sənəm tez-tez Moskvaya uçur, oğlu ilə bir yerdə qalıb 
arxayınlaşırdı. Sonra Bakıya qayıdanda yenə də özünə yer tapa 
bilmirdi. “Yazıq Sənəm… Elə bil ürəyinə dammışdı.”  
Həsən kişi neçə gündür beynində dolandırdığı  rəvayəti 
danışmağı lazım bildi:  
–  Əziz, oğlum, bir kişinin üç oğlu olur. İkisi vecsiz, 
aciz-avara, üçüncüsü isə çox ağıllı, fərasətli olur. İş belə gətirir 
ki, ağıllı  oğulu vaxtsız  əcəl yaxalayır. Tək qalan qardaşlar 
oturub-durub Allah-Təalaya asi düşür. Bu ədalətsiz hökmlə 
razılaşa bilmirlər ki, bilmirlər. Bir gün nurani bir kişi onlara 
qonaq gəlir. Bir xeyli söhbət etdikdən sonra qonaq deyir: 
“Oğlum, əgər filan dağdan mənə bir yaşıl budaq gətirsəniz mən 
sizə başa salaram ki, niyə Ulu Tanrı belə qərar verib”. Qocanın 
sözündən heç nə anlamayan qardaşlar bir-birilə 
məsləhətləşdikdən sonra böyük qardaş yola çıxır. O, gəlib 
həmin dağa çatır. Qəribə də olsa dağda demək olar ki, yaşıl heç 
nə görmür – xırda kol-kos, qurumuş ağaclar. Bomboz təpələr. 
O, çox gəzib dolanır, əliboş qayıtmaq istəmir. Xeyli gəzdikdən 
sonra təzəcə pöhrələnmiş bir topa yaşıl budaqları görüb sevinir. 
Yaxınlaşıb görür ki, budaqların dibindən göz yaşı kimi su sızır. 
Oğlan doyunca sudan içib, əl-üzünü yuyur. Bir qədər 
dincəldikdən sonra budaqlardan ən şuxunu kəsib yola düzəlir.  
Uzaqdan oğlanı görən qoca sevincək qalxıb onu 
qarşılayır. Məhəbbətlə əlindəki budağa baxır. “Oğlum, sağ ol, 
nə  qəşəng budaq seçib gətirmisən!” “Hə,  əmi.  İstədim sizə 
layiq olsun.” “Mənə layiq? Axı  mən kiməm ki?! Adi bir 
qocayam.” “Yox, sən xeyirxah insansan. Heç tanımadığın 
insanların dərdinə qalıb, onlara kömək edirsən.” “Oğlum, bəlkə 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə