Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   49   50   51   52   53   54   55   56   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
205
Bəs niyə Xalq Cəbhəsi? Axı Xalq Cəbhəsi nə istəyirdi? 
Azadlıq, müstəqillik, Sovet faşizmindən xilas olmaq, bir millət 
kimi dünyaya çıxmaq, sözünü deməyi bacarmaq, öz dilində 
danışmaq – Xalq Cəbhəsi bunları istəyirdi. Bunun nəyi pis idi? 
Nə olsun ki, səhvlər var idi? Dünya tarixində baş verən bütün 
üsyanlar, inqilablar, haqq-ədalət uğrunda gedən vuruşlar, 
çevrilişlər, heç biri nə  səhvsiz, nə  də  şəhidsiz ötüşməyib. 
Amma xırda səhvləri böyük səhvlərlə qarışdırmaq olmaz. Bəs 
necə oldu ki, Sumqayıt hadisələri bütün dünyaya car çəkildi? 
Amma bu hadisələrə başçılıq edən erməni millətindən olan 
Qriqoryanın adı dilə gəlmədi. Çox şeylər dilə gəlmədi, qələmə 
gəlmədi. Üstüörtülü qaldı. Kimlərəsə belə sərf etdi. 
Bu hadisələrdən  əvvəl  Əsgəran rayonunda qətlə 
yetirilən Azərbaycanlılar, varı-yoxu  əlindən alınıb yurd-yu-
vasından qovulub qaçqın düşənlər... Özümüzünkülər də bu 
barədə susdu. Hər çey ört-basdır edildi. Amma üzdəniraq 
qonşularımız məharətlə yalanları, böhtanları adımıza yazıb 
dünyaya car çəkdi. Azərbaycan millətinin “murdar sifətini” 
yarada bildi. Bizlər isə  həmişə olduğu kimi, heç nə edə 
bilmədik.  Ən başlıcası öz simamızı qorumağı bacarmadıq. 
Axırda da bu haqsızlıqlara dözə bilməyən, etirazını bildirmək 
üçün yollara çıxan mərd oğul və  qızlarımız  əliyalın tankların 
üstünə getdi. “Azadlıq” deyə şəhid oldu.  
Bu faciəni törədənlər həmişə haqdan, ədalətdən dəm 
vurub bir çox millətlərə firavan həyat vəd edənlər idi. Mirzə 
belə bir haqsızlığı heç vaxt ağlına gətirməmişdi. O, sanki 
qaynar qazan içində idi. Qəzəbi, nifrəti, yerə-göyə  sığmayan 
üsyan səsi. O, elə bil dünyaya müharibə elan etmişdi. İş onda 
idi ki, bu müharibə onun ürəyində gedirdi. Ürəyində.  
Yasəmən qərar tuta bilmirdi. Yanvarın iyirmi üçündə o
Mirzə ilə  səhər-səhər uşaqları bacısıgildə qoyub evdən çıxdı. 
Şəhərdə fövqəladə  vəziyyətlə bağlı komendant saatının 


 
 
 
Solmaz Muxtarova 
 
206
qaydaları hökm sürürdü. Artıq “saqqallılar” yox idi. Onların 
əvəzində Orta Asiya respublikalarından gətirilən cılız  əsgərlər 
küçələrdə var-gəl edir, hər kəs öz mövqeyində növbə  çəkirdi. 
Rus millətindən olan əhali də sanki qeyb olmuşdu. Yollarda bir 
nəfər də gözə dəymirdi.  
Yasəmən  əvvəlcə  şəhidlərin məzarını ziyarət etmək 
istədi. Növbəyə duran insanların  əvvəli-axırı görünmürdü. 
Ağlayan, ürəyi xarab olan, eləcə  də  kədərinə  sıxılıb susan... 
Qəzəb dolu baxışlar... Qəzəbli danışıqlar... Bu hadisələrdə elə 
bil Yasəmən millətini birinci dəfə gördü, daha yaxından. Hamı 
bir yerdə əl-ələ, çiyin-çiyinə, çətin bir yolda. Hər gün səhərdən 
ta axşama kimi növbədə durub şəhidləri ziyarət etməklə az da 
olsa ovunmaq istəyənlər.  
Yasəmən də Mirzəyə söykənib zorla ayaq üstündə 
durmuşdu. Heç taqəti yox idi. Bu hadisələr baş verdiyi vaxt 
ərzində Yasəmənin sanki boğazı tutulmuşdu, yalnız çay içə 
bilirdi. Nə qədər ona yalvar-yaxar etsələr də, Yasəmənin cavabı 
qısa olurdu.  
– Özümdən asılı deyil, yeyə bilmirəm. 
– Bacı, sən ac qalmaqla dünya düzəlməyəcək. – Zərifə 
onu dilə tutmağa çalışırdı.  
– Bilirəm. Onsuz da bu dünya düzələn deyil. 
Arada növbədə qarışıqlıq düşürdü. İnsanların hövsələsi 
çatmırdı, bir-birini itələyib irəli keçmək istəyirdi. Kiminsə 
ürəyi xarab olurdu. Kimsə  nəzakətli, kimsə  də özünəməxsus 
kobud olsa da, hamının yolu bir idi.  
Səhər saat ondan növbədə dayanan Yasəmən Mirzə ilə 
axşam saat yeddidə şəhidlərin məzarına çata bildi. Yaş torpağın 
üstündə oturub ağlayanlara qoşulub o da ağladı. O ki var 
ağladı... Əslində Yasəmən təkcə şəhidləri ağlamadı.  
Oradan Səlyan kazarmasına qayıtdılar. Blokun divar-
larında salamat yer yox idi. Hər tərəf toz-torpaq içində. 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
207
Mənzillərinin qapısı  sındırıldığından çöl qapısı aralı qalmışdı. 
Hər ikisi heyrətdən donub qaldı. Yasəmən özünü necə itirdisə, 
qeyri-ixtiyari olaraq Mirzəni çağırdı: 
– Mirzə?!  
– Yasəmən, sakit ol. 
Səsə Mustafa kişi çıxdı: 
Narahat olmayın, mənzildə heç nəyə toxunulmayıb, – 
deyə Mustafa kişi  əlavə olaraq bildirdi: – Camaat məhəllədən 
çıxarıldıqdan sonra kilsəni, bütün mənzilləri bir-bir gəzib 
yoxladılar. Kimin qapısı bağlı idisə, qapısı  sındırıldı. Sizin 
mənzili mənimlə bir yerdə  gəzib yoxladılar. Heç nəyə  əl 
vurulmadı. Görünür bundan sonra binaların partladılması 
fikrindən əl çəkdilər. Amma bir çox mənzillər talan olub. Hərbi 
hissə ilə üzbəüz binada iki mənzil yanıb kül olub.  
Yasəmən Mustafa kişiyə zorla qulaq asırdı. Xarabalığı 
xatırladan mənzilinə baxıb haldan-hala düşürdü. Hər  şey boş
mənasız idi. Az qala başını qaldırıb ətrafına baxmaq istəmirdi. 
Kalaşnikov avtomatından 5,45 çaplı güllələr mebelin içində 
qab-qacağı, xalçanı, pəncərələrin  şüşələrini, pərdələrini deşik-
deşik etmişdi, salamat heç nə qalmamışdı. Yasəmənin ürəyi də 
belə güllə-baran olmuşdu.  İmkanı olsaydı baş götürüb bu 
yerlərdən birdəfəlik gedərdi, kəndə, ata-baba yurduna. Bundan 
belə o köhnə daxmada yaşamaq daha rahat olardı, o yerlərdə 
güllə səslərini eşitməzdi. Bu mənzildə isə ömrünün sonuna ki-
mi istəsə də, istəməsə də o səsləri eşitməli olacaq.  
Sonra Mustafa kişi başqa xəbərlərdən də  qısa danışdı. 
Bildirdi ki, qonşu Valya qətlə yetirilib, meyitini hara aparıblar 
məlum deyil. Şəhərcikdə daha üç nəfər, altmış yaşlı Zina öz 
mənzilində, on altı yaşlı cavan oğlan blokun qabağında  şəhid 
olub, bir nəfər isə xüsusi maşınında vurulub, hazırda 
xəstəxanadadır. Eləcə  də  hərbi hissədə  hərbi ekspertiza 
komisiyası  fəaliyyətə başlayıb. Baş verən hadisələr araşdırılır. 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə