Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası


 Savad təlimi dövründə şagirdlərdə oxu vərdişləri



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə25/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   21   22   23   24   25   26   27   28   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

4. Savad təlimi dövründə şagirdlərdə oxu vərdişləri
aşılanması prosesində yol verilən nöqsanlar 
I sinifdə oxu təlimi sahəsində müvəffəqiyyətli nəticələr əldə et-
mək üçün savad təlimi dövründə yol verilən nöqsanları araşdırmaq, 
dəqiq qeydə almaq zərurəti meydana çıxır. Təcrübə göstərir ki, hə-
min nöqsanları üç qrupa ayırmaq mümkündür. 
1. Müəllimlərin fəaliyyəti ilə bağlı olmayan nöqsanlar: 

bəzi məktəblərdə savad təlimi üçün normal şərait yaradılma-
ması; 

proqram və dərsliyin şagirdlərin idrak səviyyəsinə tam uy-
ğun qurulmaması; 

müəllimlərə istiqamət verəcək zəruri metodik ədəbiyyatın ol-
maması; 

siniflərin əyani-texniki vasitələrlə, didaktik materiallarla tə-
min edilməməsi; 

maarif işçilərinin, məktəb rəhbərlərinin bu sahədə təsəvvür-
lərinin aydm olmaması və bu işə məsuliyyətsiz yanaşılması və s. 
2. Müəllimlərin fəaliyyəti ilə əlaqədar nöqsanlar. 
Bəzi müəllimlərin: 

savad təliminin vəzifələrini, təşkilini aydm təsəvvür etmə-


Ağarəhim Əsərlər 
30 
məsi; 

şagirdlərin psixoloji xüsusiyyətlərini, ümumi inkişaf fərqləri-
ni, onların fərdi fərqlərini nəzərə almaması; 

savad təliminə lazım səviyyədə hazır olmaması; 

fonetik eşitmə bacarığının məktəblilərə aşılanması sahəsində 
kifayət dərəcədə müntəzəm və sistemli şəkildə iş aparmaması; 

şagirdlərin yol verdikləri səhvləri hesaba almaması, nöqsan-
ların aradan qaldırılması ilə bağlı müntəzəm mübarizə aparmaması; 

savad təlimi dövründə səs təhli1-tərkib üsulundan lazımi sə-
viyyədə istifadə etməməsi

səslənməsinə və yazılışına görə bir-birinə yaxın və oxşar 
olan səslərin (z-s, p-b, t-d, ç-c, q-ğ, v-f, k-g və s.), hərflərin (p-t, g-
k, ç-c, r-p, o-ö və s.), hecaların (an-na, ma-na, ay-ya, oy-yo, un-nu) 
və sözlərin (ot-od, ayı-arı, ayna-oyna, aş-daş və s.) müqayisəli şə-
kildə tutuşdurmalarla öyrədilməsinə, bir səs və hərfı dəyişməklə nə 
kimi assosiasiya baş verməsinə uşaqların diqqətini cəlb etməməsi

savad təlimi dövründə rəngarəng vasitələrdən (şəkilli kartoç-
kalardan, kəsmə əlifbadan, heca cədvəlindən, düzüm lövhəsindən 
və s.) istifadə etməməsi; 

oxu dərslərində mətn və cümlələrdəki, ayrı-ayrı sütunlardakı 
çətin sözlərin mənasının açmasına və onların təhlilinə kifayət qədər 
diqqət yetirməməsi və s. 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə