Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə22/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   18   19   20   21   22   23   24   25   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

ip, tap, top
sözlərini necə tələffuz 
edirəm. 

İ...ap, tooo..p, taaa..p.

İ, -to, -ta
hecalarını deyəndə ağız aralanır, 
p
səsinin tələffü-
zündə isə dilin ucu üst damağa tərəf (qarşıdakı üst dişlərin arxasına 
doğru) uzanır, dodaqlar bir-birinə qapanır, sonra hava axını (partla-
yışı) nəticəsində dodaqlar aralanır, 
p
səsi əmələ gəlir. 
Şagirdlər 
p
hərfıni əlifba kassasından götürürlər. 
Müəllim başa salır ki, 
Pəri, pamhıq, top
və s. sözləri deyirik. 
Bu sözlərdəki səsləri eşidirik. Başqa səslər kimi 

da qulağımızda 
səslənir. Biz bunları eşitdiyimiz kimi tələffüz edirik. İndi isə siz 
əlifba kassasından 
p
-nın çap şəklini götürmüsünüz. Biz bu 
p
-nı 
gördüyümüz üçün onu hərf adlandırırıq. Kitab oxuyarkən hərflər-
dən istifadə edirik. 
Şagirdlərdən biri düzüm lövhəsində 
papaq
sözünü hecalarla dü-
zür, sonra oxuyur. 

Papaq
sözündə neçə heca var? 

İki heca. 

Hansılardır? 

Pa-paq.

Nədən bildiniz ki, bu sözdə iki heca var? 

Papaq
sözündə iki sait var. 
Başqa bir şagird: 

Sözdə neçə sait varsa, o qədər də heca olur. 

Hər ikinizin cavabı doğrudur. Bu sözü necə oxumaq lazım-


Ağarəhim Əsərlər 
27 
dır? 

Hecalarla. 

Oxu görüm. 

Pa-paq. 
Müəllimin köməyi ilə şagirdlər 
pomidor, pambıq, palıd, lalə
və s. sözləri hecalarla deyir və düzüm taxtasında kəsmə əlifba ilə 
düzürlər. Tədricən şagirdlər 
Polad pambıq yığır
və s. kimi cümlə-
ləri kəsmə əlifba ilə yazırlar. Onlar 
Polad
sözünü yenə kiçik hərflə 
başladıqda, müəllim insan adlarının yazılışı və cümlənin ilk sözün-
dəki ilk hərfın böyüklə başlanması qaydasını xatırladır. Şagirdlər 
öz səhvlərini özləri düzəldirlər. Bundan sonra onlar dərsliyin sütun-
larında verilmiş sözləri və mətnləri oxuyurlar. İşin sonunda səhifə-
nin aşağısında verilmiş əşya şəkillərinin adlarında buraxılmış heca-
ları yerinə qoyub, sözləri tamamlamaq tələb olunur. 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə