Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə30/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   26   27   28   29   30   31   32   33   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
35 
ayrı səsləri dodaqaltı (səssiz) tələffüz edir, hər bir səs və hərfin ye-
rini müəyyənləşdirirlər. Sonra onu dəftərdə yazırlar. ―Sözün həqiqi 
səs təhlili uşağın xüsusi fəal fəaliyyəti prosesində eşitdiyini dəqiq-
ləşdirmə ilə başlayır‖ (A.Abdullayev). 

Əgər şagird yazı zamanı sözü dodaqaltı necə demək üzrə məşq 
etməzsə, o, sözləri hərf-hərf deyəcəkdir. Bu isə adətən yazıda ciddi 
səhvlərə yol açır, hərfburaxma, xüsusilə saitləri buraxma halları ilə 
nəticələnir. Bu vərdiş uzun müddət davam edir‖ (L.K.Nazarova). 
Ola bilər ki, müəllim şagirdlərə növbə ilə müxtəlif əşya şəkilləri 
təqdim etsin. Yazı lövhəsində isə şəkillərin adlarındakı hərflərin sa-
yı qədər damalar çəksin, onlara aydınlaşdırılsın ki, yazı taxtasında-
kı damaların hər biri şəklin altındakı hərfləri göstərir. Müəllim sin-
fə müraciətlə deyir: ―Siz damalar əsasında dəftərinizdə şəklin adını 
yazın‖. Məktəblilər şəkillərin adlarını dodaqaltı bir neçə dəfə tələf-
füz edə-edə səs və hərfləri, onların ardıcıllığını, yerini müəyyənləş-
dirir, sonra dəftərlərinə yazırlar. Onlar bu sahədə məşq etdikdən 
sonra müəllim əşya şəkillərinin adlarnıdakı hecaların sayı qədər da-
malar verə bilər. Beləliklə, şagirdlər yalnız yazılışına əsasən sözləri 
deyil, eyni zamanda tələffüzü ilə yazılışı arasında fərq olan sözləri 
də yazmağı öyrənirlər. Lakin burada sözlərin və cümlələrin seçil-
məsində ehtiyatlı hərəkət etmək lazımdır. Aparılan müşahidələr 
göstərir ki, uşaqlar üç-dörd, bəzən də iki hecalı sözləri görüş dairə-
lərində yerləşdirməyi bacarmırlar. Çox zaman yazarkən bu səbəb-
dən də səhvə yol verirlər. Ona görə də müəllim ola bilər ki, çoxhe-
calı sözlərin şəklini göstərməklə yazı lövhəsində onların adlarını 
əks etdirən hərflərin sayı qədər dama ayırsın. Məsələn, ördək şəkli 
uşaqlara göstərilir, yazı taxtasında damalar çəkilir. Məktəblilər ör-
dəyin şəklinə baxıb onun adını bir neçə dəfə dodaqaltı təkrarlayır, 
səs-hərf tərkibini müəyyənləşdirir, hər damanın əvəzində bir hərf 
yazır. Bu prosesdə şagirdlər sözün səs-hərf tərkibini, onların ardı-
cıllığını müstəqil müəyyənləşdirirlərsə də, damalar sözdəki hərflə-
rin sayını onlara diqtə edir, hər bir hərfin tapılması üçün müəyyən 
fraza yaradır. Məktəblilər əməliyyatı düzgün yerinə yetirmədikdə 
qüvvətlilərdən bir neçəsi həmin sözü düzüm lövhəsində kəsmə əlif-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə