Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə38/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   34   35   36   37   38   39   40   41   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
43 
də cərəyan edən hadisələri, prosesləri özündə əks etdirir, onun 
adekvatı olur. Cism və hadisələrin mahiyyətindən doğan qanun və 
qanunauyğunluqların xarakterini, məzmununu, spesifik xüsusiyyət-
lərini müəyyənləşdirmək imkanı verir. Birincisi, şüur təbiət və cə-
miyyət haqqında biliklərin məcmuyudur. İdrakın müxtəlif proseslə-
rinin (duyğu, qavrayış, təfəkkür, təxəyyül, hafızə və s.) köməyi ilə 
bizim biliklərimiz fasiləsiz olaraq zənginləşir, dəqiqləşir və bitkin-
ləşir. 
İkincisi, insanın şüuru ilə maddi varlıq arasındakı münasibətləri 
qarşılaşdırmağı, fərqləndirməyi, özünün hərəkətlərini, gündəlik fəa-
liyyətlərini qiymətləndirməyi, daxili aləminə nəzər salmağı, zən-
ginləşdirməyi həyata keçirir.
Uçüncüsü isə şüur qarşıya qoyulmuş məqsədəuyğun fəaliyyətin 
formalaşmasını təmin edir: məsələn, tutaq ki, hər hansı bir mətnin 
məzmununun şüurlu şəkildə dərindən mənimsənilməsi, yaxud bir-
birinə zidd olan iki obrazın (müsbət və mənfı) qarşılaşdırılması və 
səciyyələndirilməsi oxu təliminin qarşısında məqsəd kimi qoyul-
muşdur. Bu prosesdə mətndəki söz, ifadə, mürəkkəb nitq konstruk-
siyaları vasitəsi ilə ifadə olunmuş məzmun şagirdlərin şüurunda əks 
olunur, təhlil-tərkib edilir, hadisənin necə, harada və nə vaxt baş-
lanması, inkişaf dinamikası və finalı müəyyənləşdirilir. Beləliklə
məzmunun mənimsənilməsi, obrazların ayrı-ayrılıqda xarakterləri-
nin səciyyələndirilməsi şagirdin məqsədyönlü praktik fəaliyyətinin 
nəticəsi kimi meydana çıxır. Deməli, insanın məqsədyönlü fəaliy-
yəti onun şüurluğunu təmin edir. Bu prosesdə oxu özünəməxsus 
funksiya yerinə yetirir, nəticədə biliklər xəzinəsi zənginləşir və in-
kişaf edir. 
Görkəmli psixoloqlardan B.Q.Anayev, L.S.Vıqotski, L.M.Za-
kojurnikova, A.N.Leontyev, A.R.Luriya və başqaları göstərirlər ki, 
şüur və fəaliyyət vəhdət təşkil edır. Şüur şagirdin praktik fəaliyyəti-
nin əsasıdır. Onun əsasında şagird oxuya yiyələnir; oxuduğunu 
qavrayır, başa düşür, yadına salır, lazım gəldikdə məzmununu danı-
şır; ətraf aləm haqqında biliklərə yiyələnir. L.S.Vıqotski göstərir ki, 
təlim prosesində şüurlu fəaliyyətin tamamilə yeni və xüsusi forması 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə