Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə39/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   35   36   37   38   39   40   41   42   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
44 
yaranır. P.Y.Qalperin və S.L.Kabılnitskaya kiçik məktəbli yaşında 
uşağın şüurunun inkişafını təlim prosesinin səmərəli təşkilində gö-
rürlər. S.L.Rubinşteynə görə, şüur fəaliyyətdə təzahür edir və fəa-
liyyətdə formalaşır. B.M.Teplov qeyd edir ki, şüurluluq konkret 
fəaliyyətdən kənarda mümkün deyildir. Bir halda ki, belədir, demə-
li, onda oxunmuş mətnin məzmun və ideyasının dərindən mənimsə-
nilməsi bilavasitə şüurlu oxunun nəticəsidir. Şüurlu oxu prosesində 
şagirdlər mətndə işlənən bütün söz və cümlələrin həqiqi və məcazi 
mənasını öyrənməklə orada irəli sürülən birinci dərəcəli fıkirləri 
ikinci və üçüncülərdən ayırd etməyi bacarmalıdırlar. Əks təqdirdə, 
şagird hər hansı mətni şüurlu oxumursa, mətndəki sözlərin, ifadələ-
rin, cümlələrin məzmununu düzgün başa düşmürsə, onu mexaniki 
hafızəyə əsasən yadda saxlayırsa, oxuduğunun ideya, məzmununu 
da düzgün müəyyənləşdirə bilmir. Quru əzbərçiliyə əsaslanan bu 
oxu, əzbərlənən məzmun tez də yaddan çıxacaqdır. 
Deməli, oxu materiallarının dərindən mənimsənilməsi, dərk 
olunması şüurlu oxunun nəticəsidir. Şüurlu oxu prosesində 

İnsa-
nın əqli fəaliyyətinin və şüurunun universal mexanizmi hərəkətə 
gəlir (A.N.Sokolov), təfəkkür müstəqil fəaliyyət göstərir‖. Oxunan 
materialın məzmunu şagirdin yaddaşına bütövlükdə həkk olunur
şagird onun müxtəlif epizodlarını, hissələrini, ayrı-ayrı obrazları, 
onların hərəkətini məntiqi ardıcıllıqla izləyir, təhlil edir, daxili mə-
na və rabitələrini, incəliklərini öyrənir. B.M.Teplova görə, bədii 
əsəri şüurlu qavramaq prosesində şagird haqqında danışılan şeyi, 
təsvir olunan vəziyyəti sanki görür, eşidir, onunla ruhən yaşayır. 
Oxu prosesində şagirdin təfəkkür fəaliyyəti spesifık səciyyə da-
şıyır. Mətnin məzmunu ilə real varlıq arasındakı əsas əlaqəni o yal-
nız oxu fəaliyyəti prosesində görə bilir. Çünki oxu yuxarıda qeyd 
etdiyimiz kimi, intelektual əmək olmaqla, mürəkkəb zehni fəaliyyət 
prosesidir. O, şagirddən müxtəlif əməliyyatları, fəaliyyətinin müx-
təlif üsullarını işə tətbiq etmək bacarıqları tələb edir. 
Oxu prosesində bir növ şagird yaradıcı fəaliyyət göstərir, orada 
irəli sürülən məsələləri, ən incə detalları nəzərdən qaçırmır, ona 
fəal münasibət bəsləyir. Belə olduqda şagirdlər təkcə oxuduqları 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə