Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə40/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   36   37   38   39   40   41   42   43   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
45 
çərçivədə qalmır, oxu prosesində öyrəndiklərini müşahidələri, eşit-
dikləri və şəxsi təcrübələri ilə əlaqələndirməli olurlar. Əşya və ha-
disələr arasındakı səbəb və nəticə əlaqəsini müqayisə və tutuşdur-
ma əsasında öyrənirlər. L.N.Tolstoya görə, şüurlu oxu prosesində 
şagirdlər yaradıcılıq fəaliyyəti göstərir, başqalarını yamsılamaq, 
təqlid etmək cəhdlərindən əl çəkirlər. Beləliklə, I-IV sinif şagirdlə-
rinin təfəkküründə əşya və hadisələrin obrazı yaranır, sonra 

fikrin 
daxili fəza sxeminin qurulması‖ (İ.A.Zimniyaya) baş verir. Bu za-
man şagirdin praktik və nəzəri fəaliyyəti planlaşdırılır (A.A.Leont-
yev), məzmun daxili nitqin köməyi ilə təfəkkürdə diferensiallaşdırı-
lır, sonra tərkibi-əməliyyat, inteqrasiya aparılır. Bütün bu prosesdə 
mətnin məzmunu hələ sonuncu instansiya olmur, əksinə yaradıcı və 
məntiqi şəkildə şagird şüurunun sferasından doğur, orada formala-
şır və inkişaf edir (L.S.Vıqotski). 
Psixoloji və neyrolinqvistik tədqiqatlar, məktəb təcrübəsi göstə-
rir ki, oxunan mətnin şüurlu başa düşülməsi üzrə işləri əsasən üç 
növə ayırmaq olar: 
a) sözün mənasının anlaşılması; 
b) cümlənin mənasının anlaşılması; 
c) eyni mövzuya həsr olunmuş ayrı-ayrı obzasların mənasının 
anlaşılması (Y.A.Mik). 
Sözün mənasının müxtəlif əlaqələrdə anlaşılması təsvir obyekti-
nin müəyyən elementlərini mənimsəməyə imkan verir. Cümlənin 
mənasının anlaşılması sözlərin kontekst daxilindəki mənasının də-
qiq açılmasını təmin etməklə, obyektin daha geniş əlamət və hissə-
lərini, faktorlarını müəyyənləşdirməyə, onları yeni əlaqələr siste-
mində dərk etməyə imkan verir. Ayrı-ayrı abzasların açılması üçün 
zəmin yaradır. Abzasların anlaşılması isə fikrin ayrı-ayrı punktları-
nın, onun əsas və başlıca hissələrinin ikinci dərəcəlilərdən fərqlən-
dirilməsini tamamlayır. Söz və cümlələrin mənasının açılması üzrə 
işlərin bilavasitə nəticəsi kimi meydana çıxır. 
Dedik ki, oxu qavrama prosesi və informasiya mənbəyidir. Ona 
görə də təlim prosesində oxunacaq mətnin mürəkkəbliyinə (çətinlik 
dərəcəsinə), şagirdlərin yaş və bilik səviyyəsinə uyğunluğuna, hə-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə