Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə36/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   32   33   34   35   36   37   38   39   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
41 
IV FƏSİL 
OXU TƏLİMİ 
1. Oxu təliminin məqsəd və vəzifələri 
Oxu informasiya mənbəyi olmaqla yaradıcı fəaliyyət prosesidir. 
Bu isə məktəbdə müəllim və şagirdin birgə fəaliyyətinin nəticəsi 
kimi meydana çıxır. Bu prosesdə kiçik yaşlı məktəblilərə düzgün 
sürətli, ifadəli və şüurlu oxumaq, savadlı yazmaq, dəqiq hesabla-
maq, ümumiyyətlə, müxtəlif fənlərdən zəruri biliklər qazanmaq, bu 
bilikləri praktikaya düzgün tətbiq etmək, səlis nitqə yiyələnmək və 
s. üzrə bacarıq və vərdişlər formalaşdırılır. 
Oxu elə bir prosesdir ki, şagirdin idrak fəaliyyətini bütövlükdə 
özündə əks etdirir, məzmunun dərindən başa düşülməsi, dərk olun-
ması işini tamamlayır. İbtidai siniflərdə bu işin səmərəli təşkili şa-
girdlərin emosional və intellektual inkişafına, oxu materialının şü-
urlu mənimsənilməsinə güclü təsir göstərir. 
I-IV siniflərdə oxu materialının məzmununun real həyatla, şa-
girdlərin müşahidələri və şəxsi təcrübələri ilə əlaqələndirilməsi 
üzrə işlərin səmərəliliyinin artırılması mühüm problemdir. 
Oxu materialları üzrə təlimin ümumi məqsədi şagirdləri ifadəli 
və şüurlu oxu vərdişlərinə yiyələndirmək, təbiət və ictimai həyat 
haqqında onlara lazımi biliklər vermək, onlarda xalq, dövlət mül-
kiyyətinə qayğıkeş münasibət bəsləmək, onların təfəkkürünü bədii 
obrazlarla zənginləşdirmək, nitqini, fantaziyasını inkişaf etdirmək
vətənə, xalqa, ana dilinə, elm və s. məhəbbət hissləri tərbiyə etmək, 
humanist duyğular aşılamaqdır. Məqsədə müvafiq olaraq ibtidai si-
niflərdə oxu təliminin qarşısında müəyyən vəzifələr durur: 

şagirdlərin düzgün, sürətli, ifadəli və şüurlu oxu vərdişləri-
nin inkişaf etdirilməsi; 

oxu materiallarındakı məlumatların həyatı reallıq baxımın-
dan şərh edilməsi

vətənimiz, onun qüdrəti, xalqımızın qəhrəman keçmişi, bu 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə