Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə42/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   38   39   40   41   42   43   44   45   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
47 
nimsədilməsi. 
Bu tələbləri həyata keçirmək üçün məktəb təcrübəsində ən opti-
mal iş formalarından istifadə olunmalıdır: 

mətndəki çətin söz və obrazlı ifadələrin şagirdlərə seçdiril-
məsi, onlarm sinonimlərinin axtarılıb tapdırılması, mənaların ara-
sındakı fərqli cəhətlərin izah etdirilməsi və yaxud müəllim tərəfin-
dən aydınlaşdırılması; 

sözlə onun ifadə etdiyi əşya, təbiətin konkret obyekti arasın-
da əlaqənin yaradılması; 

oxşar və bir-birinə əks olan müxtəlif əşyanın ümumi və fərq-
li cəhətlərinin müqayisə əsasında müəyyənləşdirilməsi, bir neçə 
əlamətin tapdırılması və ən əsaslarının ayrılması; 

emosional-ekspressiv məna çalarlı sözlərin stilistik cəhətdən 
neytral vahidlərlə müqayisə etdirilməsi və həmçinin onların məna-
larının açdırılması, yaxud müəllim tərəfindən izah edilməsi

mətndəki antonim sözlərin seçdirilməsi və mənalarının izah 
etdirilməsi; 

mətndəki çoxmənalı sözlərin seçdirilməsi və onların izah et-
dirilməsi; 

müxtəlif obrazlar, onların hərəkəti arasındakı oxşar və bən-
zər cəhətləri ifadə edən söz və söz birləşmələrinin seçdirilməsi; 

müxtəlif mətnlərdə eyni əşyaya aid olan epitetlərin müqayisə 
etdirilməsi və onlarin emosional-ekspressiv məna çalarlığının 
müəllim və şagirdlər tərəfindən izah edilməsi, şagirdlərin özlərinə 
epitet seçdirilməsi; 

mətnin məzmunu ilə əlaqədar şəkillərin tərtibi və onlara baş-
lıqların verilməsi

mətndə iştirak edən iki-üç obrazın müqayisəli şəkildə xarak-
teristikasının tərtib etdirilməsi; 

oxunmuş materialın yaradıcı (yığcam, müxtəsər, kitabda ol-
duğu kimi və öz sözləri ilə, mətndə nağıl edəni dəyişməklə, məz-
munla bağlı illüstrasiyalarla və s.) nağıl etdirilməsi; 

əvvəlcədən verilmiş söz və ifadələri işlətməklə mətnin məz-
mununun nağıl etdirilməsi; 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə