Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə43/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   39   40   41   42   43   44   45   46   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
48 

mətnin müəyyən epizodlarını, fabulasını, onlara yaxm olan-
ları ilə əvəz etməklə nağıl etdirilməsi

dialoqlu mətnlərin mimik və jelistikulyasitik hərəkətlərlə 
(improviziya üzrə) nağıl etdirilməsi; 

təsvir olunan hadisənin, süjetin dinamik inkişafına uyğun şə-
kil və sözlərlə bir neçə kadrın tərtibi, yaxud ekranlaşdırılması; 

oxunmuş mətnin məntiqi cəhətdən bitkin hissələrə ayrılması, 
onlara başlıqların verilməsi, başqa sözlə, plan tərtib etdirilməsi

mətnin məzmununa uyğun şifahi hekayələrin qurdurulması; 

hekayənin sonunda verilmiş atalar sözlərinin həmin hekayə-
nin məzmun və ideyasına nə dərəcədə uyğunlaşdırılması, aydınlaş-
dırılması və məzmunu ilə bağlı atalar sözlərinin tapdırılması. 
I-IV sinif şagirdlərinin mətn üzərində iş prosesində bu priyom-
lardan bir və ya bir neçəsini tətbiq etməklə işlədilməsinə, məzmu-
nun tam açılmasına, ayrı-ayrı personajların xarakterinin başa düşül-
məsinə, onlar arasındakı münasibətlərin meydana çıxarılmasına, 
hər birinin əhvali-ruhiyyəsinin öyrənilməsinə, ədalətli və ədalətsiz 
hərəkətlərinin qiymətləndirilməsinə imkan verir. Məzmunun emo-
sional-ekspressiv təsir gücünün, yazıçının öz qəhrəmanına münasi-
bətini aydınlaşdırmağa kömək göstərir. Oxunmuş materialın məz-
munu ilə real varlıq, təlimlə həyat arasında vəhdət yaratmağa im-
kan verir. Şagirdlərdə təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətləri
müstəqil fıkir söyləmək, fakt və hadisələrə düzgün qiymət vermək 
bacarıqları formalaşdırır. 
3. Oxu vərdişlərinin təkmilləşdirilməsi 
I-IV siniflərdə oxu təliminin əsas vəzifələrindən biri şagirdlərin 
oxu vərdişlərinin təkmilləşdirilməsidir. Məlumdur ki, oxu texnika-
sının dörd komponenti (düzgünlük, sürət, ifadəlilik və şüurluluq) 
mövcuddur. Oxunun bu komponentləri bir-biri ilə qarşılıqlı əlaqədə 
və dialektik vəhdətdədir. Bunlardan birinin inkişafı üzərində aparı-
lan işlər digərlərinin inkişafına kömək göstərsə də, şüurlu oxu bu 
sahədə aparılan işlərin son nəticəsidir. Şüurlu oxunmayan mətnin 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə