Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə46/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   42   43   44   45   46   47   48   49   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
51 
yönəldirlər. Nəticədə mətnin hissələrini, bütövlükdə məzmunu yad-
larında saxlaya bilmirlər. 
Şagirdlərin oxu sürətinin artırılması müəllimdən gərgin əmək
metodik hazırlıq tələb edir. Uşaqlar məktəbə gəldikləri gündən 
müəllim onların fərdi xüsusiyyətlərini, fərdi fərqlərini, idrak im-
kanlarını, hər birinin oxu prosesindəki müvəffəqiyyətlərini və nöq-
sanlarını öyrənib qeydə almalıdır. Şagirdlərdən bəziləri tez-tez oxu-
mağa çalışdıqlarından müxtəlif xarakterli səhvlər edirlər. IV sinifdə 
şagirdlərin bəziləri çox sürətlə oxumağa çalışırlar. İşin sonunda hə-
min şagirdlərdən nə oxuduqları, hekayədə hansı məsələlərdən bəhs 
edildiyi soruşulduqda məlum olur ki, onlar məzmunun mənimsənil-
məsinə o qədər də fıkir verməmişlər. Qoyulan ən sadə suallara belə 
cavab verə bilmirlər. Ona görə təlimin üçüncü ilində şagirdlərin ha-
mısının oxu sürəti təxminən eyniləşdirilməli və normaya salınmalı-
dır. 
Məlumdur ki, oxunun sürətinin artırılması şagirdin şüurlu qav-
rayışı və ümumi inkişafı ilə bağlıdır. Bunun üçün məktəb təcrübə-
sində aşağıdakılara diqqət yetirilməlidir: 
a) oxunacaq mətnin çətinliyə görə seçilməsi
b) sinifdə oxu nümunəsinin göstərilməsi
v) növbələnmiş oxu prosesində zəif və çox sürətli oxuyan yol-
daşlarını izləmək və onların oxusunu normal sürətli oxu ilə müqa-
yisə edərək nəticə çıxarmaq bacarığının verilməsi. 
Bu göstərilən məsələlər heç də bir-birindən ayrıca təcrid olun-
muş şəkildə aparılmamalıdır. Bunların hər üçündən bir oxu dərsin-
də istifadə etmək olar. İndi də bu məsələlərin üzərində ayrı-ayrılıq-
da qısa şəkildə də olsa dayanaq. 
a) Oxunacaq mətnin çətinliyə görə seçilməsi. 
Məktəb təcrübəsi və müəllimlərlə aparılan anket sorğusu göstə-
rir ki, I-IV siniflərdə oxunacaq mətnlərin çətinliyə görə seçilməsi 
oxunun sürətinin artırılmasında mühüm cəhətlərdəndir. Bəzən dərs-
liklərdə elə mətnlərə rast gəlinir ki, onlarda morfem tərkibi mürək-
kəb, çoxhecalı sözlər, mənası çətin anlaşılan bir neçə uzun cümlə 
işlənir. Məsələn, I sinifdə 

Neft daşlarında



Bakıda



Bol məh-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə