Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə49/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   45   46   47   48   49   50   51   52   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
54 
imkan verir. Nəticədə, K.D.Uşinskinin təbirincə desək, hər cür an-
lama, hər cür dərketmə prosesi başlanır. Tutaq ki, II sinifdə 

Yay-
da

hekayəsində 

babasıgilin



maraqlanırdı



nəğmələrinə



kəpənəklərinə



Sağlamlığın şərtləri‖ mətnində 
”S
ağlamlığın



qulaqlarınızın‖, 

dırnaqlarınızı

və s., III sinifdə İ.Qasımov və 
H.Seyidbəylinin 

Ələkeçməz partizan‖ hekayəsində 

qoltuqların-
dakı



Triyest



partlayıcıların



ikimərtəbəli‖, M.Cəlalın 

Öl-
məz qəhrəman

hekayəsində 

patrondaşını



qumbaraları


du-
manlanmış



çatmayacağını

və s., IV sinifdə isə N.Babayevin 

Sevastopolçuların
”,

Sinetskinin



cinahından



susdurulmalı-
dırlar



təhlükəlidirlər və s. kimi sözləri hecalarla oxuyurlar. Gö-
ründüyü kimi, bu sözlərin hamısı çoxhecalıdır. Şagirdlərin bir qru-
pu hələ kifayət dərəcədə oxu vərdişlərinə yiyələnmədiklərindən hə-
min sözlərdəki hecaların hamısı onların qavrayış dairəsinə sığmır. 
Bunun nəticəsində müxtəlif hecaları vahid tərkibdə birləşdirə bil-
mirlər. Beləliklə, oxunun sürəti aşağı düşür, məzmunun şüurlu mə-
nimsənilməsinə yönəlmiş diqqət azalır. Belə oxuyan şagirdlər yaxşı 
oxuyan yoldaşlarının hər sözü, cümləni necə deməsinə, tələffüzünə 
fikir verirlər. Müqayisənin köməyi ilə kimin yaxşı, kimin pis oxu-
masını, onların səbəblərini müəllimin köməyi ilə öyrənirlər. Bu mə-
sələ, əlbəttə I-II sinif şagirdləri üçün bir qədər çətindir. Lakin III-IV 
sinif şagirdlərində yoldaşlarının oxusunu normal sürətli oxu ilə mü-
qayisə etmək bacarığı aşılanmalıdır. Hər dəfə növbələnmiş oxudan 
sonra belə sualların qoyuluşu bir tərəfdən şagirdi diqqətli olmağa 
səfərbər edir, digər tərəfdən müəllimin istiqamətverici suallarının 
köməyi ilə normal oxunun qayda və qanunlarını, tələblərini öyrənir, 
yeri gəldikcə şagirdlərə öz oxularında onlardan istifadə etmək im-
kanı verir. Tədricən şagirdlərin oxu sürəti artır, mətnin məzmunu-
nun şüurlu mənimsənilməsi təmin olunur. 
Şagirdlərin oxu sürətinin artırılmasında səssiz oxunun müstəsna 
əhəmiyyəti vardır. Səssiz oxu prosesində şagirdlər sözün səs tərki-
bini gözlə müəyyənləşdirirlər. Hər bir hərf, heca onların qavrayış 
dairəsində tərkib halında birləşir, mənalanır, II sinifdə şagirdlərin 
əksəriyyəti dodaqaltı tələffuzə yol verirlər. Lakin müəllimin vəzifə-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə