Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə52/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   48   49   50   51   52   53   54   55   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
57 
6) əsərin başlıca qayəsini və s. 
Tutaq ki, şagird mətni düzgün və sürətli oxuyur, məzmunu əz-
bərdən danışır. Lakin nağılın sonunda mətnə qoyulan suallara ca-
vab verə bilmir. Yaxud məzmunu real varlıqla, özünün həyat təcrü-
bəsi ilə, müşahidələri ilə əlaqələndirməyi bacarmır. Deməli, mətnin 
şüurlu oxusu təmin olunmayıb. Ona görə də hələ əlifba təlimi döv-
ründən oxunun şüurluğu diqqət mərkəzində saxlanılmalıdır. Bunun 
üçün aşağıdakılara əməl olunmalıdır: 

şüurlu oxu üçün giriş müsahibəsi

problem xarakterli sualların qoyuluşu

lüğət işi aparmaq

mətnin məzmununu mümkün qədər əyaniləşdirmək

məzmunu həyati misallarla zənginləşdirmək; 

məzmunu müxtəlif formada nağıl etdirmək; 

əsərin məzmununu, ayrı-ayrı obrazların fəaliyyətini qiymət-
ləndirmək; 

əsas ideyanı, ikinci dərəcəlidən ayırmaq. 
Bütün bunlar oxunacaq materialın məzmununun dərk olunması-
nı (şüurluluğunu) təmin edir. 
 
7. Söz, ifadə və cümlələrin mənasının açılması 
Oxu materialındakı çətin anlaşılan söz, ifadə və cümlələrin izahı 
bir-birilə qarşılıqlı əlaqədə olan və dialektik vəhdət təşkil edən 
məzmun və forma problemi ilə bağlıdır. 
Bədii əsərin məzmunu yazıçının təsvir etdiyi həyat hadisələrinə, 
iştirak edən insanlara, onların fəaliyyətinə və onlara olan şəxsi mü-
nasibətdir. Yaratdığı fikirlər, təbliğ etdiyi ideyalar sistemidir. Əsə-
rin süjeti, kompozisiyası, dili, təbiətin peyzajı, təsvir vasitələri və s. 
isə onun forması kimi çıxış edir. Lakin bədii əsərlərin bəzi element-
ləri təhlil prosesində məzmunla forma arasında sürüşkənlik yaradır. 
Gah məzmuna, gah da formaya keçir. Məsələn, tutaq ki, IV sinif 
şagirdləri M.Qorkinin 

Arxip baba və Lyonka‖ hekayəsindəkı 
Lyonka obrazını səciyyələndirməli və xarakterizə etməlidirlər. Bu-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə