Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə55/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   51   52   53   54   55   56   57   58   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
60 
Mətndə mənası çətin anlaşılan sözlər həm müəllim, həm də şagird-
lər tərəfindən seçilməlidir. Onların mənası bəzən şagirdlərin özlə-
rindən soruşulmalı, söz və terminlərin düzgün izah olunmasına xü-
susi diqqət yetirilməlidir. Əks halda elmi-kütləvi materialların mə-
nası təhrif olunur. 
M.İ.Omorokova oxu prosesində çətin sözlərin mənasının izah 
edilməsinin üç istiqamətini göstərir: a) cümlənin və cümlədəkı 
konkret sözün mənasının başa düşülməsi üzərində iş; b) sözün 
mətndəki rolu, onun daşıdığı vəzifə, nə məqsədlə işlənməsi üzə-
rində iş; v) öyrənilən sözdən nitqdə istifadə olunması üzərində iş. 
Fikrimizcə, oxunun şüurluğu baxımından kontekst daxilində daşıdı-
gı funksiyadan asılı olaraq, mənası çətin anlaşılan söz, ifadə və 
cümlələləri belə təsnif etmək olar: a) məzmunun əsas məğzinin 
açılmasına bilavasitə təsir edən söz, ifadə və cümlələr; b) ayrı-ayrı 
abzasların mənasının açılmasuna təsir edən söz, ifadə və cümlələr; 
v) məzmunun açılmasına bilavasitə təsir edən söz, ifadə və cümlə-
lər. 
Oxu materialları üzərindəki müşahidələr göstərir ki, hər bir söz 
kontekst daxilində öz həqiqi mənasını qazanır və özünəməxsus 
funksiya yerinə yetirir. Ona görə də hər bir çətin sözün, obrazlı ifa-
dənin və cümlənin mənasının izahı bütövlükdə mətnin məzmunu-
nun şüurlu mənimsənilməsinə xidmət etməlidir. Bəzən oxu mate-
riallarında elə çətin sözlərlə qarşılaşılır ki, şagirdlər onların mənala-
rını bilmirlər. Məsələn, şagirdlər ―Keçmişdə kəndlilər necə yaşayır-
dılar‖ mətnində 
kəndxuda, mülkədar, nökər
və s. kimi sözlərin 
mənalarını başa düşmürlər. Məktəb təcrübəsi göstərir ki, təlim pro-
sesində onların mənalarının tam açılması üzərində dayanmağa, çox 
vaxt itirməyə o qədər də ehtiyac yoxdur. Sadəcə olaraq kəndxuda 
və mülkədarın keçmiş zamanlarda varlı, nökərin isə mülkədarın qa-
pısında işləyən kasıb adam olmasını çatdırmaq kifayətdir. Onsuz da 
şagirdlər yeni materialları oxuduqca, ictimai həyat haqqında təsəv-
vürləri zənginləşdikcə həmin sözlərin də mənalarını təbii yolla, la-
kin tədricən öyrənib dərk edəcəklər. 
Bəzən də oxu materiallarında elə sözlər olur ki, onların mənala-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə