Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə63/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   59   60   61   62   63   64   65   66   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Uşaq gülümsəyir
cümləsində 
gülümsəyir
sözü həqiqi, müstə-
qim mənasında işlənmişdir. İ.Səfərlinin ―Çiçəkli may qonaq gəlir‖ 
şeirindən götürülmüş 
gülümsəyir ana torpaq
misrasında 
gülümsə-
yir
sözü məcazi mənadadır. Bu o deməkdir ki, may ayında təbiətdə 
hər şey dəyişib, dirrikdə, bostanda, bağda, tarlada yaz işləri görülür, 
otlar, ağaclar yaşıllaşıb, hər tərəfdə əlvan çiçəklər açıb. 
Torpaq cana gəlib, göz oxşayır. Yaxud başqa bir misal. Kağız 
alışıb yandı
cümləsində 
alışıb yandı
ifadəsi müstəqim mənada iş-
lənirsə, Z.Cabbarzadənin ―Kənd‖ şeirində 
sular alışıb yandı
misra-
sında məcaz olur. Belə ki, suda alışıb yanmaq xassəsi olmasa da, bu 
ifadə ilə şair günəşin, onun parlaq şüalarının dumduru suyun səthi-
nə düşərək al rəngə boyanmasını poetik dilə çəkmiş, ona yeni məna 
qazandırmışdır. 
Çox zaman şagirdlər sözlərin kontekstdeki yeni funksiyasını ba-
şa düşmədikdə, yeni sözləri öz həqiqi mənasında anladıqda müəlli-
fin yaratdığı lövhəni ―görmür‖, sözün ecazkar qüdrətini duymur, 
poetikliyi, keçirdikləri hiss və həyəcanları başa düşmür, bütövlükdə 
məzmun və ideyanı şüurlu mənimsəyə bilmirlər. Bu ondan irəli gə-
lir ki, sözün məcazi mənası müstəqim mənasından çox-çox uzaq 
olur. Ona görə də müxtəlif məkan və məqamlarda sözün yaratdığı 


Ağarəhim Əsərlər 
69 
ikifikirliyi təsəvvüründə canlandıra bilmir. Onu, hər şeydən əvvəl, 
nominativ xarakter daşıyan sözün həqiqi, müstəqim mənası düşün-
dürür. 
Araşdırmalar göstərir ki, məcazlar təsvir etdikləri əşya və hadi-
sələrin xarakter cizgilərinin insana təsiri baxımından iki yerə ayrı-
lır: a) leksik məcazlar; b) üslubi məcazlar. 
Leksik məcazların (qar gəlir, günəş batdı, çayın qolu, suyun 
üzü, soyuq adam, stolun altı, baş həkim və s.) rəng çalarlığı solğun 
olur. Oxuyan, dinləyən belə ifadələri çox eşitdikiərindən, bir növ 
adətkar olduqlarından onlara heç bir emosional təsir göstərmir. Üs-
lubi məcazlarda (qızıl payız, torpağın dürdür, ayna bulaqlar, məx-
mər çəmənlik, keçilməz qayalar, polad bilək, dəniz coşdu, qəzəbli 
dalğalar və s.) isə təsvir olunan əşya və hadisələr əlvan və parlaq 
boyalarla insan təxəyyülündə canlandırılır. Müəllif təsvir etdiyi ha-
disəni, ayrı-ayrı obrazları, onların hərəkətini, xarakterini, hadisələrə 
olan münasibətini, təbiətin peyzajını və s. poetik dilə çəkir, canlı 
lövhələr yaradır. S.L.Rubinşteyn göstərir ki, üslubi məcazların başa 
düşülməsinin öyrədilməsi təfəkkürün öyrənilməsində çox qüdrətli 
vasitəyə, fıkrin inkişafı prosesində obrazlı və mücərrəd məzmunun 
müxtəlif münasibətlərinin açılması üçün bir aləmə çevrilir. 
T.P.Krestinskaya və S.V.Petrova görə, üslubi məcazlar bədii 
əsərdə müəyyən lövhələrin yaradılmasına, personajların hərəkətinin 
və xarakterinin açılmasına, onların əlamətlərinin tutuşdurulmasına, 
bir çəhətdən digərinə asanlıqla keçilməsinə şərait yaradır. 
Emosional-ekspressiv təsirə malik olan məcazlar bədii material-
ların obrazlı dilidir. Bu dili isə metafora, metonomiya, sinekdoxa, 
təşbeh, epitet və perifraza təşkil edir. İbtidai siniflərdə bədii mate-
rialların dili, obrazlığı üzərində işə bir sıra məqalələr həsr olunsa 
da, müəyyən mülahizələr irəli sürülsə də, bu sahədə müəllimlərə 
əsaslı istiqamət verəcək tutarlı fikirlər söylənməmişdir. Elə bunun 
nəticəsidir ki, məktəb təcrübəsində bəzi nöqsanlara yol verilir. Təc-
rübədə kök salan və möhkəmlənən bu nöqsanlar təlim prosesində 
bir əngələ çevrilir. Bu da nəticə etibarı ilə bədii materialların məz-
mununun şüurlu mənimsənilməsi işini ləngidir. 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə