Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə64/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   60   61   62   63   64   65   66   67   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
70 
Araşdırmalar göstərir ki, oxu materiallarının şüurlu mənimsənil-
məsi baxımından onların obrazlı dili üzərində iş aparılarkən aşağı-
dakıların həyata keçirilməsinə çalışılmalıdır: 
— şagirdlərin idrak fəallığının təmin olunmasına; 
— şagirdin təsəvvüründə real varlığın canlandırılmasına; 
— şagirdin həyati təsəvvürlərinin inkişafına; 
— şagirdin bədii, yaradıcı təxəyyülünün inkişafına; 
— şagirdlərdə fıkrini obrazlı ifadə etmək bacarıq və vərdişləri-
nin təkmilləşdirilməsinə. 
Bədii materialların obrazlı dili üzərində işi səmərəli təşkil et-
mək üçün müəyyən didaktik tələblər gözlənilməlidir: 
— obrazlı ifadələrin kontekst daxilindəki rəngarəng vasitə, me-
tod və priyomlardan istifadə etməklə açılması; 
— obrazlı ifadələrin izahı ilə bağlı qiraət və dilin tədrisi arasın-
da əlaqənin yaradılması; 
— obrazlı ifadələrin izahında konkret varlığa, şagirdlərin mə-
lum biliklərinə əsaslanılması; 
— obrazlı ifadələrin izahı zamanı şagirdlərin ümumi inkişafı-
nın, fərdi xüsusiyyətlərinin nəzərə alınması və s. 
Bu tələblərin nəzərə alınması bədii materialın məzmun və ide-
yasının şüurlu mənimsənilməsini təmin etməklə, şagirdlərin emo-
sional və intellektual inkişafına da güclü təsir göstərir. İndi də bədii 
materialların obrazlı dili üzərində işin konkret cəhətlərinə diqqət 
yetirək. 
İbtidai siniflərdə dilin təsvir vasitələrinin adı çəkilməsə də, 
konkret terminlərlə qarşılaşılmasa da, müəllimlərin nəzəri hazırlığı 
baxımından onların (terminlərin) mənasının açılmasını məqsədəuy-
ğun hesab edirik. Obrazlı ifadələr, məcazlar dedikdə dildə işlənən 
təsvir vasitələri (metafora, metonimiya, sinektdoxa, təşbeh, epitet 
və s.) nəzərdə tutulur. 
Məcazın mürəkkəb növlərindən biri metaforadır. O, istarə də 
adlanır. Burada bir əşya və hadisəyə aid olan xarakter cizgilər (əla-
mətlər) digərlərinə köçürülür. Beləliklə, şagirdlərin təxəyyülündə 
köçürülənin bütöv obrazı canlanır. Bu obraz isə təfəkkürdə fikir 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə