Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə67/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   63   64   65   66   67   68   69   70   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
73 
belə metonimiyalar üzərində ciddi dayanmalı, onların mənasının 
açılmasına çalışmalıdırlar. Məsələn, müəllim həmin metonimiya ilə 
əlaqədar suallar verə bilər: 
— Uşaqlar, bu misrada nədən bəhs olunur? 
— Şəhərin yuxudan qalxmasından. 
— Fikrinizcə şəhər yatıb, yuxudan qalxarmı? 
— Xeyr, şəhər yatmır və yuxudan da qalxmır. 
— Bəs nə üçün müəllif 
Qalxdı şəhər yuxusundan
ifadəsini iş-
lədir? 
Şagirdlər cavab verə bilmədikdə müəllim əvvəlcədən yazı taxta-
sında qarşı-qarşıya yazılmış cümlələrin üstünü açır.
Uşaq yuxudan qalxdı — Qalxdı şəhər yuxusundan. 
Şagirdlər müəllimin tələbi ilə cümlələri oxuyur, onları tutuşdu-
rurlar. 
Bundan sonra onlara başa salınmalıdır ki, şair bu misrada şəhər 
sözünü işlətməklə bütün şəhər əhalisini nəzərdə tutmuşdur. Müəllif 
demək istəyir ki, şəhərin bütün əhalisi yuxudan qalxdı. Göründüyü 
kimi, şəhərlə onun əhalisi bir-birinə bənzəməsələr də, fıkrin aydın, 
dəqiq, obrazlı, ahəngdar ifadəsi üçün bir anlığa onlar eyniləşdirilir. 
Metonimiyanın növləri müxtəlifdir. İbtidai siniflərin dərsliklərində 
onun ən çox iki növündən istifadə olunur. 
a) Əşyanın bir neçə əlamətindən yalnız birini göstərənlər: 
İ.Əfəndiyevin ―Maraqlı hadisə‖ hekayəsində işlənən 
Vəfalı dost
(ayı nəzərdə tutulur) 
da bizimlə arana gəldi... Hörmətli qonaq
(yenə də ayı nəzərdə tutulur) 
armudlardan yeyir və mehriban nə-
zərlərlə mənə baxırdı.
Mamin — Sibiryakın ―Bozboyun‖ mətnin-
də isə 
Qoca ördək şikəst qızcığaza ikiqat nəvazişlə yanaşırdı
cümləsində 
vəfalı dost, hörmətli qonaq 

 şikəst qızcığaza
ifadə-
ləri aid olduqları əşyaların (ayının və bozboyunun) müəyyən xarak-
ter cizgilərini göstərir. 
b) Şəxslərin və əşyaların adı əvəzinə onların xarakter əlamətlə-
rini göstərənlər: ―Hava döyüşü‖ mətnində 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə