Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası


Şagirdin vəzifəsi əlaçı olmaqdır



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə69/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   65   66   67   68   69   70   71   72   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Şagirdin
vəzifəsi əlaçı olmaqdır
cümləsində 
şa-
gird
təkcə bir uşağa aid deyil. O bütün məktəblilərə şamil olunma-
lıdır. Bu cümlədə 
şagirdlər
əvəzinə 
şagird
işlənmişdir. Lakin biz 
yenə də təsəvvürümüzdə 
şagirdlər
sözünü canlandırırıq. Məsələn, 
―İgid partizan‖ mətnində 
Düşmən əsgərləri irəli getməyə qoy-
murdu
cümləsində 
düşmən
sözü azğın faşistlərin, Ə.Məınınədxan-


Ağarəhim Əsərlər 
75 
lının ―Ananın səsi‖ hekayəsində 
Düşmən vətəni parçalayırdı
cümləsində 
düşmən
Azərbaycana soxulan xarici, yadelli qəsbkarla-
rın əvəzində işlənmişdir. Yaxud, 
İnsan hər şeyi gərək ağılla fikir-
ləşsin
cümləsində 
insan
insanları sözünü əvəz etdiyindən sinekdo-
xadır. Ona görə də məzmunun düzgün müəyyənləşdirilməsi baxı-
mından şagirdlərin diqqəti bu ideyanı açan cümlələrə yönəldilməli-
dir. Tutaq ki, IV sinifdə mətn daxilində 
Şagirdin əsas işi dərs oxu-
maqdır
cümləsi işlənmişdir. Müəllim uşaqların diqqətini həmin 
cümləyə yönəldərək: 
— Uşaqlar, burada 
şagird 

şagirdlər
sözündən hansını işlət-
mək daha münasibdir? 
Onlar cümləni bir də nəzərdən keçirirlər. Lakin bir-birinin əksi 
olan cavablar verirlər. Bundan sonra şagirdlərə başa salınmalıdır ki, 
bu cümlədə söhbət tək bir şagirddən deyil, ölkəmizdə təhsil alan 
bütün şagirdlərdən gedir. Ona görə də burada 
şagird
sözü əvəzinə 
şagirdlər
işlətsək məzmuna heç bir xələl gəlməz. 
Dilimizdə elə sinekdoxalar vardır ki, metonimiyaya çox bənzə-
yir. Ona görə də bir qədər mürəkkəb təbiətli sinekdoxaların seçil-
məsinə və onlar üzərində işə diqqətlə yanaşılmalıdır. Məsələn, 
B.Vahabzadənin ―Müəllim‖ şeirindən götürülmüş: 
Ey hörmətli müəllim
Hər könüldə yerin var. 
Hər kənddə, her şəhərdə 
Sənin meyvələrin var.
bəndində 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə