Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası


müəllim sadə,  meyvələrin



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə70/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   66   67   68   69   70   71   72   73   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

müəllim
sadə, 
meyvələrin
isə mürəkkəb təbiətli sinekdo-
xadır. Şagirdlər 
meyvələrin
sözünün mənasını başa düşmürlər. Ona 
görə də şagirdlərin diqqəti tək bir sözə (sinekdoxaya) yox, bitkin 
bir hissəyə (bəndə) cəlb edilir. 
— Uşaqlar, bu bənddə kimin haqqında danışılır? (Müəllimin) 
— Onu nədən bildiniz? (Şeirdə deyilir ki, hər könüldə sənin 
yerin var). 
— Bəs sənin meyvələrin var misrasında müəllif nə demək istə-


Ağarəhim Əsərlər 
76 
yir? 
Şagirdlər cavab verə bilmədikdə müəllim sualı bir qədər də 
konkretləşdirir: 
— Ağacın yetirməsi nədir? (Onun meyvəsi) 
— Onda müəllimin yetirməsi nə ola bilər? (Onun şagirdləri) 
— Doğrudur. Müəllimin meyvəsi onun tərbiyə etdiyi, bilik ver-
diyi, həyata hazırladığı şagirdləridir. Ona görə də şair şeirdə müəl-
limin yetirmələrini onun meyvəsi adlandırır. 
Meyvələrin
şözünü iş-
lətməklə ölkəmizin şəhər və kəndlərində yaşayan və fəaliyyət gös-
tərən, elə, xalqa vətənə fayda verən yetirmələrini nəzərdə tutur. Bu-
rada adi bir əlamətlə, cizgi ilə müəllimin uzun illər həyata hazırla-
dığı yüzlərlə, minlərlə şagirdləri əvəzinə meyvələri işlətmişdir. Şair 
tək 
müəllim
sözünü işlətməklə ölkəmizdə fəaliyyət göstərən bütün 
müəllimləri nəzərdə tutmuşdur. 
Təşbeh
bədiilik, aydınlıq və dəqiqlik baxımından nitqin (bədii 
materialın) emosional çalarlığını qüvvətləndirən məcazdır. Burada 
iki şəxs, əşya və hadisə xarakterlərindəki ümumi cəhətlərə görə bir-
biri ilə tutuşdurulur, müqayisə edilir. Bu müqayisədə haqqında bəhs 
olunan obyekt (şəxs, əşya və hadisə) müəyyən əlamətinə görə qüv-
vətli obyektə oxşadılır. Deməli, təşbehdə iki obyekt götürülür. 
Onların ümumi olan cəhətləri bir-birinə bənzədilir. Məsələn, 
A.Şaiqin ―Ana yurdum‖ şeirindən götürülmüş 
Qızıl təkindir
Gözəl torpağın, 
misralarında ana yurdun, vətənin torpağı yeraltı və yerüstü sərvətlə-
rinə görə qızıla bənzədilir. 
N.Süleymanovun ―Çoban və bozdar‖ hekayəsində deyilir: 
―Bozdar kolluqdan çıxdı, sahibini görcək pələng kimi yəhərin qaşı-
na tullandı‖. Bu cümlədə bozdar çevikliyinə və sürətlə tullanmasına 
görə pələngə oxşadılır. Yaxud M.Rzaquluzadənin ―Payız gəlir‖ şei-
rindən alınmış
Xəzəllərdən yerə sanki



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə