Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə73/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   69   70   71   72   73   74   75   76   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
79 
bəti böyükdür, heç vaxt azalmır, daha da artır. 
Nəhayət, şeirin ikinci bəndi oxunur: 
İgidlər tək istiqanlı,
Ürək kimi həyəcanlı
Qranitdən möhkəm olur. 
— Yaxşı, bu misralarda ana məhəbbəti nələrə bənzədilir? 
— İstiqanlı igidlərə, həyəcanlı ürəklərə və qranitə. 
— Ana məhəbbəti nə üçün istiqanlı igidlərə bənzədilir? 
— İstiqanlı igidlər məqsədinə çatmaq üçün qorxmadan, çəkin-
mədən hərəkət etdikləri kimi, ana məhəbbətinin də qarşısını heç bir 
şey kəsmir. Ana övladı üçün canından keçir. 
— Ana məhəbbəti nə üçün ürəklə müqayisə olunur? 
Ürək həmişə döyündüyü kimi, ana da övladı üçün həmişə 
darıxır, həyəcan keçirir. 
— Ananın məhəbbəti qranitlə nə üçün müqayisə edilir? 
— Çünki qranit daşı möhkəm olur. Ananın qəlbi də övladından 
heç vaxt qırılmır, sınmır. 
Şeirin qalan bəndlərində də ana məhəbbətinin bənzədildiyi əş-
yalar (çiçək, alov, sellər, çaylar, ömrün canlı şeriyyəti) müəyyən-
ləşdirilir, mənaları açılıb izah edilir. 
Araşdırmalar göstərir ki, bəzən yaradılan bir və ya bir neçə təş-
behdə bədii materialın məzmunundan doğan ideya-siyasi xətt ifadə 
olunur. Ona görə də müəllim təşbehlərin izahında bir qədər diqqətli 
olmalıdır. Məsələn, ―Arxip baba və Lyonka‖ hekayəsində şagirdlər 
oxuyurlar: ―Onların günəşdən qaralmış tozlu üzlərinin rəngi əyinlə-
rindəki köhnə, cındır paltarın rəngindən seçilmirdi‖. 
Müəllim soruşur: 
— Uşaqlar, bu cümlədə yazıçı Arxip baba və Lyonkanın üzləri-
nin rəngini nə ilə müqayisə edir? 
— Əyinlərindəki köhnə, cındır paltarın rəngi ilə... 
— Yazıçı nə üçün belə müqayisə vermişdir? 
— Çünki onların tozlu üzləri paltarlarından seçilmirdi. 


Ağarəhim Əsərlər 
80 
— Burada yazıçı nə demək istəyir? 
— Onlar kasıb olduqlarından özlərinə təzə, təmiz paltar ala bil-
mirlər. 
Başqa bir şagird: 
— Onlar hər gün bir parça çörək üçün dilənir, həmişə çörək 
dərdi çəkirlər. 
Üçüncüsü: 
— Onların qarınları ac olduğundan ürəkləri gülmür, qəlbləri 
açılmır.
— Doğrudur. Yazıçı demək istəyir ki, Arxip baba və Lyonkanın 
daxili aləmi üzləri kimi küskündür. Onlar yaşadıqları dövrün qay-
da-qanunlarından narazıdırlar. Ona görə də müəllif onların daxili 
aləmi ilə xarici siması (görünüşü) arasındakı uyğunluğu, oxşarlığı 
belə vermişdir. 
Bundan sonra 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə