Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə71/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   67   68   69   70   71   72   73   74   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
77 
Rəng-rəng xalı döşənmişdir,
misralarında payız fəslində yarpaqların saralması, budaqlardan qo-
pub yerə tökülərkən yaratdıqları əlvan lövhə rəngbərəng saplarla 
zərif çeşidlər çəkilən, göz oxşayan xalı ilə müqayisə edilir, ona 
bənzədilir. Bu bənzətmələr isə şagirdlərin gözləri önündə yeni bir 
aləm açır, bənzəyənlə bənzədilənin müştərək cizgilərini anlamağa, 
birinə görə digərini bədii cəhətdən aydın və dəqiq izah etməyə 
imkan yaradır. 
Əşya və hadisələr arasında oxşarlıq, bənzərlik yaradan təşbeh 
metafora və metonimiyadan bir qədər sadədir. Çox zaman onlar 
Azərbaycan dilinin 
kimi, eynilə, sanki, təki, elə bil, guya, tama-
milə
və s. qoşmalarının köməyi ilə yaranır. Şagirdlər cümlədə hə-
min qoşmalarla qarşılaşdıqda hələ mahiyyətə varmadan, formal cə-
hətdən iki əşyanın, hadisənin, yaxud şəxsin bir-biri ilə qarşılaşdırıl-
dığını, müqayisə edildiyini hiss edirlər. Lakin bəzən də bənzətmə 
birbaşa gedir, orada qoşmaların işlədilməsinə ehtiyac duyulmur. 
Məsələn, ―Payızda‖ mətnində deyilir: ―Ağacların yarpaqları köz 
kimi qızarır, elə bil od tutub yanır. Palıdın sıx, qalın yarpaqları mi-
sə bənzəyir... Həmişəcavan yarpaqları yamyaşıl atlaz kimi parılda-
yır‖. 
Göründüyü kimi, birinci cümlədə 
kimi 

 elə bil
qoşmaları va-
sitəsilə ağacların yarpaqlarının qızartısı köz və oda bənzədilir. İkin-
cidə palıdın yarpaqlarının qızartısı misə birbaşa oxşadılır. Üçüncü-
də isə həmişəcavanın yarpaqları 
kimi
qoşmasının köməyi ilə yam-
yaşıl otlara bənzədilir. Həmçinin İ.Tapdığın ―Xəzər‖ şeirində 
Sula-
rında üzür gəmi, Qara neftin bulaq kimi
, Z.Xəlilin ―Uşaqlar‖ 
şeirində isə 
Lalə
kimi qızardı dan
misralarında 
kimi
qoşması qara 
nefti həmişə qaynayan bulaqla, səhərin yaxınlaşması və günəşin 
tezliklə çıxması ilə əlaqədar qızaran dan yerini (üfüqləri) lalə ilə 
müqayisə etməyə imkan vermişdir. Bununla da şagirdlərin gözləri 
önündə iki obyekt canlanmış, birinin oxşar əlamətlərinə görə digə-
rini olduğu kimi başa düşmək imkanı yaranmışdır. 
Araşdırmalar göstərir ki, təşbehlər vasitəsilə ifadə olunan fikri 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə