Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə68/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   64   65   66   67   68   69   70   71   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Yırtıcı düşmənlər şəhə-
rə yaxınlaşırdılar
, Ə.Məmmədxanlının ―Ananın səsi‖ hekayəsində 
Ana beş oğul dağı görmüşdü. Onun beş aslanı, beş qartalı vətən 


Ağarəhim Əsərlər 
74 
uğrunda düşmənlərlə vuruşda ölmüşdü
... 
El başçılarının sinə-
sinə ağır bir duman çökmüşdü
və N.Tixonovun ―İgid partizan‖ 
mətnində 
Daniel, mən həyatımın qalanını ağ canavarlarla vu-
ruşmağa hazıram
cümlələrində işlənən 
yırtıcı düşmənlər 
faşist-
ləri,
 beş aslanı, beş qartalı
ananın vuruşda həlak olan beş oğlunu, 
el başçıları
sərkərdələri, 
ağ canavarlar
ağqvardiyaçıları bildirir. 
Təcrübə göstərir ki, şagirdlərə yalnız bu metonimiyaların məna-
sını açmaqla kifayətlənmək olmaz. Eyni zamanda onlara müəllifin 
məhz bu sözdən nə üçün istifadə etməsinin səbəbi də izah olunma-
lıdır. Belə olduqda şagird sözü, onun mənasını hazır şəkildə qavra-
mır, müxtəlif məkan və məqamlarda qazandığı funksiyanı şüurlu 
mənimsəyir, yeri gəldikcə ondan düzgün və dəqiq istifadə etmək 
bacarığına yiyələnir. Bu isə dilə sərbəst və yaradıcı şəkildə yiyələn-
mək, təsvir olunan məzmunu və ideyanı dərindən başa düşmək
dərk etmək deməkdir. 
Sinekdoxa da məcazın müxtəlif növlərindən biridir. O, bəzi cə-
hətlərinə, xarakter xüsusiyyətlərinə görə metonimiyaya bənzəyir. 
Lakin onunla tam eyniyyət təşkil etmir. Burada təsvir olunan hər 
hansı əşyanın 
küllü
ilə 
cüzi
qarşılaşdırılır. İbtidai sinif şagirdləri is-
tər şifahi, istər yazılı nitq, istərsə də oxu prosesində çox zaman təs-
vir olunan əşyanın cüzinin onun küllünü necə əvəzləməsi fərqinə 
varmırlar. Ona görə də bədii materialların tədrisi prosesində ibtidai 
sinif şagirdləri bir qədər sadə və aydın sinekdoxalar üzərində işlə-
dilməlidirlər. Şagirdlər nitqdə işlənən cümlə və onun tərkibini təş-
kil edən söz və ifadələrin mənasını, onların nitqdə nə üçün belə iş-
lənməsini aydın şəkildə duymalı və yeri gəldikcə nitq təcrübəsinə 
tətbiq etməyi bacarmalıdırlar. Şagirdlərə praktik şəkildə başa salın-
malıdır ki, nitqdə tək halda işlənən bir söz bəzən toplunu (küllü) 
bildirir. Məsələn, 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə