Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə65/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   61   62   63   64   65   66   67   68   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
71 
oyadır, onları mahiyyətə varma, təhlil-tərkib aparma vəzifəsi ilə 
qarşılaşdırır. Məsələn, İ.Tapdığın ―Xəzər‖ şeirindən alınmış parça-
ya nəzər salaq: 
Üzərində polad şəhər
Nə gözəldir bizim Xəzər. 
Burada polad şəhər ifadəsi məcazdır, metaforadır. Müəllif Xə-
zərin qoynunda qurulan neft buruqları meşəsi və qəhrəman neftçilər 
üçün dənizdə yaradılmış gözəl həyat şəraiti ilə adi şəhər arasında 
oxşarlıq, bənzərlik axtarmışdır. Bu baxımdan da şair quruda salın-
mış şəhərin oxşar cizgilərini polad dirəklər üzərində dayanan ―Neft 
daşları‖ şəhərciyinin üzərinə köçürmüşdür. 
Yaxud L.Voronkovanın ―Elin sərvəti‖ hekayəsində 
Qızıl zəmi 
dalğalanırdı,
Z.Cabbarzadənin ―Kənd‖ şeirində 
Səhərdir. Üfüq-
lərdən Qızıl günəş boylanır,
H.Ziyanın ―Sünbülüm‖ şeirində 
Qızıl 
budaq sünbülüm, sarı saçaq sünbülüm
cümlə və misralarında iş-
lənən 
qızıl zəmi, qızıl günəş, qızıl budaq
ifadələri metaforalardır. 
Göründüyü kimi, metafora iki əşyanın, hadisənin qarşılaşdırıl-
masına əsaslansa da, onlardan (yəni qarşılaşdırılanlardan) biri fıkri 
ifadə prosesində iştirak etmir, adı çəkilmir. O, qarşılaşdığı (nitqdə 
çıxış edən) əşyanın üzərinə mühüm əlamətini köçürməklə özünün 
mahiyyətini təsəvvüründə canlandırır. Bəzən elə hallar da olur ki, 
cümlədə (şeirdə, misrada) işlənən sözlərdən bəziləri metaforaların 
bütöv bir lövhə yaratmasına xidmət edir. 
Müşahidələr göstərir ki, yığcam təşbehli metafora müxtəlif ox-
şarlıq əsasında yaranır: 
a) formasına (şəklinə) görə: neft meşəsi, ayna bulaqlar, dəniz 
güldü, ləpələr gülümsədi, qış qəzəbləndi; 
b) rənginə görə: qızıl piyalə, qızıl günəş; 
v) səsinə görə: faşist bağırır, zabit ulayır, çay guruldayır, külək 
vıyıldayır; 
q) keyfıyyətinə görə: qızıl xasiyyət, qızıl torpaq, almaz qumlar, 
dəmir iradə, polad bilək, polad iradə və s. 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə