Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası


 Oxu materiallarının obrazlı dili üzərində işin təşkili



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə62/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   58   59   60   61   62   63   64   65   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

8. Oxu materiallarının obrazlı dili üzərində işin təşkili 
Fikir sözlərlə ifadə edilir, söz isə dil kateqoriyası olmaqla təsvir 
etdiyi əşyanın istiqaməti ilə xarakterizə olunur və öz məna və məz-
munu ilə real varlığı (əşya və hadisələri, münasibətləri) insan şüu-
runda əks etdirir. Linqvistikada sözün iki mənası — həqiqi və mə-
cazi mənası göstərilir. Sözün həqiqi mənası konkret surətdə əşya, 
hadisə, proses və s. bildirirsə, məcazi məna əşyanın əlamətlərinin 
tutuşdurulmasına əsaslanır. Məcazi mənada işlənən söz əşyanın əla-
mətlərini digərinə ötürür və ona tətbiq edir (bənzədir). Bəzən eyni 
söz bir kontekstdə (cümlədə) həqiqi, müstəqim mənada işləndiyi 
halda, başqa yerdə (kontekstdə) məqsəddən asılı olaraq öz əvvəlki 
mənasını itirir, tamamilə yeni funksiya daşıyır, məcaz olur, məsə-
lən, Z.Cabbarzadənin ―Bahar‖ şeirindən alınmış: 
Sənin gəlişinlə düzəndə, dağda, 
Quşlar selə dönüb axar, ay bahar.
parçasında 
bahar
sözü öz həqiqi, müstəqim mənasında işlənmişdir. 
Müəllif baharın gəlişi ilə düzəndə, dağda baş verən dəyişmələri şai-
ranə təsvir etmişdir. Ə.Cəmilin ―Sülhün dayağı‖ şeirindən götürül-
müş: 
Mən sevirəm bu torpağı
Bu işıqlı dıyarı. 
Çünki burada çiçək açır
Xoşbəxtliyin baharı. 


Ağarəhim Əsərlər 
68 
bəndində isə 
bahar
sözü artıq öz həqiqi müstəqim mənasinda çıxış 
etmir. Şair poetik dillə 
bu torpaq, bu işıqlı diyar
— deməklə azad, 
qüdrətli və möhtəşəm respublikamıza işarə edir. Böyüyüb yaşa dol-
duğumuz bu işıqlı diyarda insanların gözəl arzularının, əməllərinin 
çiçək açmasını göstərir. Müəllif bahar sözünü işlətməklə demək is-
təyir ki, respublikamızın hər yerində sülh, əmək nəğmələri ucalır, 
yeni-yeni şəhərlər, kəndlər salınır, nəhəng fabriklər, zavodlar
elektrik stansiyaları tikilir, uşaq bağçaları, məktəblər, mədəniyyət 
sarayları istifadəyə verilir. Hər tərəfdə məhsul toplanır, şənlənmə 
gedir, toy-büsat qurulur. 
Ona görə də şair vətənimizdə gedən bu quruculuq işlərini və 
xalqın bu firavan həyatını poetik dillə bahar adlandırır. Bahar sözü 
bu bənddə öz əvvəlki mənasını itirərək məzmun və ideyaya uyğun 
məna çalarlığı qazanır. 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə