Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə59/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   55   56   57   58   59   60   61   62   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

hirslə
sözü 
acıqla
sözün-
dən daha yüksək
qəzəblə
sözündən isə xeyli aşağı daxili hisslər, 
ehtiraslar keçirdiyini göstərir. 
Qəzəblə
sözü insanın əsəbi fəaliyyə-
tinin daha yüksək formasıdır. 
Bu təhlildən sonra ―Az qalırdıq hasardan aşıb onları üstünə hü-
cum çəkək‖ cümləsi oxunur. Müəllim hücum çəkək ifadəsini hansı 


Ağarəhim Əsərlər 
64 
yaxınmənalı sözlə əvəz etməyin mümkün olduğunu soruşur. Şa-
girdlər 
atılaq, tullanaq, cumaq, vuruşaq
və s. kimi sözləri sadala-
yırlar. 
— Uşaqlar, 
hücum çəkək
ifadəsinin əvəzində sadaladığınız 
sözlərdən birini işlətmək olarmı? 
— Olar. 
— Bəs nə üçün müəllif sizin sadaladığınız sözləri deyil, məhz 
hücum
çəkək
ifadəsini işlətmişdir? 
Şagirdlər yenə cavab verə bilmədikdə müəllim izah edir ki, si-
zin işlətdiyiniz təxminən yaxınmənalı 
atılaq, tullanaq, vuruşaq
və 
cumaq
sözlərinin heç birini həmin cümlədə vermək olmaz: Çünki 
həmin sözlər 
hücum çəkmək
söz birləşməsinin mənasını eynilə, 
olduğu kimi ifadə edə bilmir. Bu ifadə uşaqların qəlbindəki son də-
rəcə yüksək qəzəbin, hiddətin, nifrətin, ölüm və ya qalım mübarizə-
sinin təsirini daha dəqiq mənada özündə əks etdirir. Həm də 
atıl-
maq, tullanmaq, vuruşmaq 

cummaq
sözlərinin daha kəskin
iti və güclü ifadəsidir. Ona görə də müəllif fikrini dəqiq ifadə et-
mək, uşaqların daxili aləmini, keçirdikləri hissləri olduğu kimi ver-
mək üçün 
hücum çəkmək
ifadəsini işlətmişdir. 
Yaxud IV sinifdə ―Biz türkük‖ hekayəsində erməni əsgərləri 
beş oğlu müharibədə ermənilərlə vuruşan ağ saçlı laçınlı bir qocanı 
erməni zabitinin yanına gətirirlər. Erməni zabiti: 
— Oğullarının yerini de, qoca, — deyə — bağırırdı. 
Qoca başını vüqarla qaldırdı. Zabitə baxıb gülümsündü. Zabit 
vəhşi kimi nərildədi, tapançasını çıxarıb qocanı qorxutdu. Lakin 
qoca yenə də cavab vermədi... 
Şagirdlər bu abzası oxuduqdan sonra müəllim onların diqqətini 
birinci cümləyə yönəldir və 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə