Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə57/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   53   54   55   56   57   58   59   60   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
62 
Yurdum, yuvam məskənimsən, Azərbaycanım.
Al bayraqlı vətənimsən, Azərbaycanım. 
Şagirdlərə başa salınmalıdır ki, bu parçada
yurdum, yuvam, 
məskənim
sözləri müəyyən dərəcədə 
vətənimsən
sözünün sinoni-
midir. Bu sözlər arasında müəyyən məna incəlikləri mövcuddur. 
Lakin 
yurd, yuva, məskən
sözlərinin mənalarından
 vətən
sözünün 
mənası daha geniş, daha qüdrətli, daha əzəmətlidir. Şair bu parçada 
dörd dəfə 
vətən
sözünü təkrar etməmək, nitqdə yersiz təkrara, yek-
nəsəkliyə yol verməmək üçün 
yurd, yuva, məskən
sözlərini işlət-
mişdir. Bu sözlər vasitəsilə şeirin deyim çalarlığı, ifadə tərzi, bədii 
dəyəri və emosional gücü xeyli yüksəlmişdir. 
IV sinifdə isə sinonim sözlərin seçilməsi və onların incə məna 
çalarlıqlarının izahını bəzən şagirdlərin də ixtiyarına buraxmaq 
mümkündür. Məsələn, Z.Gabbarzadənin ―Mən məktəbli olmuşam 
ki‖ şeirində bir parçaya nəzər salaq: 
Bu yol ilə səhralarda
İmarətlər salınmışdır. 
Bu yol ilə həyat, ömür
Şad, firavan olubdur. 
Bu yol ilə ürəklərə
Sevinc, fərəh dolubdur. 
Şagirdlər üçüncü misrada 
həyat
və 
ömür
, dördüncü və altıncı 
misralarda isə 
şad, firavan, sevinc, fərəh
sözlərinin sinonim oldu-
ğunu göstərirlər. Bundan sonra həmin sözlərin məna incəlikləri ara-
sındakı fərq onlardan soruşulur. Şagirdlər cavab verə bilmədikdə 
müəllim izah edir. Belə konkret nümunələr əsasında şagirdlər sö-
zün qüdrəti, onun nitqdəki rolu, yaratdığı ecazkar mənzərə haqqın-
da müəyyən təsəvvürə yiyələnirlər. 
Təcrübə göstərir ki, oxu materialları üzərində belə müşahidələ-
rin və söz üzərində işin səmərəli təşkili oxu dərsləri ilə dil dərsləri 
arasında müəyyən əlaqələrin yaranmasına, şagirdlərin dildən aldıq-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə