Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə53/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   49   50   51   52   53   54   55   56   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
58 
nun üçün onlar Lyonkanın portretini yaradan, daxili aləmini açan 
hərəkətlərini xarakterizə etməyə imkan verən kompozisiya, söz, 
ifadə və cümlələrə, ümumiyyətlə, təsvir vasitələrinə müraciət etmə-
li olurlar. Bu prosesdə Lyonka obrazı hekayənin məzmununun, qa-
lan vasitələr isə formasının elementi kimi çıxış edir. Əks halda, şa-
girdlər Lyonkanın yaşadığı ictimai quruluşu, bu quruluşun sərt qay-
da-qanunlarını, eybəcərliklərini, insan hüquqlarının tapdalanmasını 
və s. təhlil edib üzə çıxarırlarsa, onda Lyonka obrazı formanın ele-
menti rolunu oynayır. Bu onunla izah olunmalıdır ki, əsərin bəzi 
elementlərinin gah da formaya keçməsinə səbəb birincisi, onların 
hansı (məzmun yaxud forma) ilə daha çox bağlı olmasından, ikinci-
si isə təhlil prosesində qarşıya qoyulan məqsəddən, onlara yanaşma 
mövqeyindən asılıdır. Deməli, əsərin (mətnin) məzmunu forma 
əsasında öyrədilməlidir. Orada işlənən söz, ifadə və cümlələr for-
manın üzvü elementlərindən biridir. Məzmunun şüurlu mənimsə-
nilməsi isə onların düzgün izahından çox asılıdır. Məlumdur ki
oxu materiallarının məzmunu, ideyası, söz, ifadə və cümlələr vasi-
təsilə meydana çıxır. Deməli, söz ... xidmət etdiyi əşya, hadisə, pro-
ses, keyfiyyət və adla müəyyən münasibətdə olur. O, əşya və hadi-
sələrin, materialın məzmun və ideyasının maddi qabığıdır, onların 
dərk olunmasının açarıdır. Məzmun söz, ifadə və cümlələrlə hörü-
lür. Onlardan hər biri məzmunun ayrı-ayrı elementlərini əks etdirir, 
müəyyən funksıya yerinə yetirir. Çətin anlaşılan söz, ifadə və cüm-
lələrdən bir və ya bir neçəsinin mənası şagirdlərə məlum olmadıq-
da, mətnin məzmunu da anlaşılmır, diqqət əsas məsələdən uzaqla-
şır. Nəticədə oxunun şüurlu mənimsənilməsi kifayət dərəcədə tə-
min olunmur. Deməli, oxunacaq mətnin lüğət tərkibi şagirdlərə mə-
lum olmalı, məzmunu ifadə edəcək cümlələr, nitq konstruksiyaları 
və s. bütövlükdə onların yaş və bilik səviyyəsinə uyğunlaşdırılma-
lıdır. Dərsin hər bir mərhələsi, oxu materialları üzərində aparılan 
müxtəlif xarakterli işlər bütövlükdə həmin materialın şüurlu mə-
nimsənilməsinə yönəldilməlidir. Bu sahədəki işlər ardıcıl və müntə-
zəm aparılmalıdır. 
Şagirdlər oxunacaq mətnlərdə anlaşılmaz sözlərlə, çətin başa 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə