Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə61/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   57   58   59   60   61   62   63   64   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
66 
erməni zabitini canavara, səsini isə ulamağa bənzədir. 
Oxu materialının şüurlu mənimsənilməsi üçün antonim sözlərin 
seçilməsi və mənalarının izahı üzərində də dayanılmalıdır. Sino-
nimlər kimi antonim sözlər də fikrin dəqiq və ahəngdar şəkildə ifa-
dəsində, obrazların hərəkətinin və xarakterinin açılmasında özünə-
məxsus funksiya daşıyır. Əsas mənanın açılmasının elementlərin-
dən biri kimi çıxış edir. Məsələn, B.Vahabzadənin ―Kitab‖ şeirin-
dən bir parçaya nəzər salaq
Kitab böyük müəllimdir, 
Sinəsində min aləm var. 
O səni bir insan kimi
Gah güldürər, gah ağladar. 
Şagirdlərə izah olunmalıdır kı, bu parçada 
güldürər
və 
ağladar
sözləri əksmənalı (antonim) sözlərdir. Şair eyni misrada iki əksmə-
nalı sözü bir-birinə qarşı qoymaqla təzad yaratmış, kitab, onun əhə-
miyyəti haqqında öz düşüncələrini, fıkirlərini yığcam, konkret və 
dəqiq şəkildə ifadə etməyə müəssər olmuşdur. Bu sözlərdən birini 
başqası ilə əvəz etmək olmaz. Əks təqdirdə şeirin mənası, müəllifın 
fıkri, məqsədi təhrif olunar, oradakı bədiilik, oynaqlıq, axıcılıq və 
təsir itər. 
IV sinifdə oxu materialları üzərində iş gedərkən şagirdlərə 
konkret faktlarla izah olunmalıdır ki, bəzən mətndə bir-birinin tam 
əksi olan (tam antonim təşkil edən) sözlərlə yanaşı, nisbi (nisbi əks-
mənalı antonim) sözlər də işiənir, məsələn, Z.Cabbarzadənin ―Dü-
şərgəmiz‖ şeirindəki bir parçaya diqqət yetirək: 
Bayrağımız səhər-səhər
Yelləndikcə havada, 
Quşlar bizi salamlayır
Budaq üstə, yuvada, 
Gəl-gəl deyir bizə meşə
Dərə, təpə, çöl, dəniz, 


Ağarəhim Əsərlər 
67 
Müəllim əksmənalı (antonimlər) söziər arasındakı nisbiliyi başa 
salmaq, mənalarını açmaq üçün bir-birinin əksi (antonim) olan söz-
ləri yazı taxtasına yazır; havada-yuvada; dərə-təpə; çöl-dəniz-meşə. 
Beləliklə, şagirdlər sözün kontekstdəki həqiqi və məcazi məna-
sını duyur, onlardan nitqdə tədricən istifadə etmək bacarıqlarına 
yiyələnir, oxu materiallarında işlənən dilin bədii təsvir vasitələrini 
başa düşməyə, dərk etməyə doğru istiqamətləniriər. 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə