Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası


bağırırdı sözünün hansı yaxınmənalı  sözlə əvəz etməyin mümkünlüyünü soruşur. Şagirdlər  deyirdi, ça-



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə60/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   56   57   58   59   60   61   62   63   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

bağırırdı
sözünün hansı yaxınmənalı 
sözlə əvəz etməyin mümkünlüyünü soruşur. Şagirdlər 
deyirdi, ça-
ğırırdı 

 qışqırırdı
sözlərini bildirirlər. Sonra müəllim deyir: 
— 
Bağırırdı
sözünün əvəzində sadaladığınız sözlərdən hər dəfə 
birini ifadə etməklə cümləni oxuyun. 
Şagirdlər əvvəlcə 
deyirdi,
sonra 
çığırırdı,
daha sonra isə 
qışqı-
rırdı
sözlərini 
bağırırdı
sözünün əvəzində işlətməklə oxuyurlar. 


Ağarəhim Əsərlər 
65 
— Uşaqlar, nə üçün bu cümlədə müəllif sizin tapdığınız sözləri 
yox, məhz 
bağırırdı
sözünü işlədib. 
Şagirdlərin cavab verə bilmədiklərini görən müəllim onlara çat-
dırır ki, axı erməni zabiti kobuddur, azğındır, qaniçəndir, türklərin 
düşmənidir. O, türklərə nifrət etdiyi üçün 
demir, çığırmır,
məhz 
bağırır
. Ona görə də müəllif bu cümlədə erməni zabitinin azğınlı-
ğını, onun vəhşi canavar təbiətini, insanları daima didməyə, parça-
lamağa, güllələməyə və s. hazır olduğunu ifadə etmək üçün 
bağı-
rırdı
sözündən istifadə etmişdir. Sonra şagirdlər müəllimin tələbi 
ilə ―Qoca başını vüqarla qaldırdı‖ cümləsini oxuyurlar. 
Müəllim deyir: 
— Uşaqlar, bəs bu cümlədə 
vüqarla
sözünü hansı sözlə əvəz 
etmək olar? 
— 
Ürəklə, inadla, qorxmadan, çəkinmədən, cəsarətlə
və s. 
— Bəs nə üçün müəllif burada 
vüqarla
sözünü işlədib? 
— Çünki qoca müharibədə ermənilərlə vuruşan beş oğlu ilə fəxr 
edir. O, vətənini, xalqını canından çox istəyir. Vətən yolunda ölü-
mündən qorxmur, ona görə də düşmən qarşısında qorxmadan, çə-
kinmədən, vüqarla dayanır. 
Vüqar
sözü qocanın hərəkətini daha 
dəqiq mənada əks etdirir. 
Şagirdlər bu sözün mənasını öyrəndikdən sonra müəllimin tələ-
bi ilə növbəti cümləni (zabit vəhşi kimi nərildədi, tapançanı qaldı-
rıb qocanı qorxutdu) oxuyurlar. 
Müəllim şagirdlərə başa salır ki, hekayədə deyildiyi kimi, insan 
qışqırar, çığırar, danışar, deyər, lakin nərildəməz. Erməni zabiti in-
sanla heyvan arasında heç bir fərq görmədiyi, günahsız qocaları, 
qadınları, uşaqları, qırdığı, güllələdiyi üçün müəllif onu vəhşi, çı-
xardığı səsi isə nərilti adlandırır. Yaxud müəllif hekayənin sonunda 
deyir: ―Zabit çığırmaq, canavar kimi ulamaq istədi...‖ 
Burada da IV sinif şagirdlərinə bir daha çatdırılır ki, azğın, qu-
duz erməni zabitinin bütün düşüncəsi, ideyası günahsız adamlara 
əzab vermək, öldürmək, məhv etmək, ölkəmizin var-dövlətini zəbt 
etmək olduğundan yazıçı onu yırtıcı canavarla müqayisə edir. Ca-
navar isə hürmür, qışqırmır, çığırmır, ulayır. Ona görə də müəllif 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə