Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə56/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   52   53   54   55   56   57   58   59   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
61 
rı ardıcıl işlənən, məntiqi cəhətdən bir-biri ilə əlaqələnən cümlələr 
vasitəsilə meydana çıxır. Məsələn, III sinifdə ―Polad bilək‖ mətnin-
də 
burğu, oyuq, dinamit 
və 
fitil
sözləri işlənmişdir. Şagirdlər bu 
sözlərin mənalarını kontekstdən kənarda başa düşmürlər. Ona görə 
də müəllim şagirdlərin diqqətini həmin sözlərin işləndiyi cümlələrə 
yönəldir: ―Adamlar qayaları burğu ilə deşib oyuqlar düzəltdilər. 
Oyuqlara dinamit qoydular. Sonra dinamitə bərkidilmiş fitilin ucu-
nu yandırıb oradan uzaqlaşdılar. Çox keçmədi ki, gurultu qopdu. 
Dağ yerindən silkələndi və sinəsi yarıldı‖. 
Şagirdlər cümlələri təkrarən səssiz oxuyurlar. Sonra 
burğu, 
oyuq, dinamit 

fitil 
sözlərinin mənaları cümlələrdə daşıdıqları 
funksiya əsasında müəyyənləşdirilir, ifadə etdikləri əşyalar, cism və 
hadisələr aydınlaşdırılır. Çətin anlaşılan sözlərin bu yolla izahı bir 
tərəfdən şagirdlərə sözlərin ifadə etdikləri anlayışları xarakterizə et-
məyə imkan verir, digər tərəfdən işlənən cümlələrin, abzasların mə-
nalarını düzgün başa düşməyə şərait yaradır. 
Oxu materiallarından sinonim və antonim sözlərin seçilməsi və 
onların mənalarının izahı ayrı-ayrı obrazların hərəkəti və xarakteri-
nin, məzmun və ideyanın mənimsənilməsinə, başa düşülməsinə yö-
nəldilməlidir. Şagirdlərə başa salınmalıdır ki, bədii mətndə işlənən 
sinonim və antonim sözlər fikrin dəqiq və aydın ifadəsini təmin et-
məklə emosional hisslərin bədii dəyərini başa düşməyə imkan ve-
rir. Hər hansı mətndə, nitqdə və eləcə də inşa yazıda bu sözlərdən 
düzgün istifadə etmədikdə, məzmunu açmaq üçün sözlərdən daha 
müvafiq, zəruri olanı seçmədikdə fikri də aydın, dəqiq, təsirli ver-
mək olmur. Ona görə də məzmunun şüurlu mənimsənilməsi baxı-
mından şagirdlərin oxu materialları üzərində müşahidəsi təşkil edil-
məli və onlarda yazıçının işlətdiyi sözlərə, onlardakı məna çalar-
larına həssas münasibət tərbiyə olunmalıdır. Məsələn Ə.Əlibəylinin 
―Azərbaycan‖ şeirindən götürülmüş parçaya diqqət yetirək: 
Özün kimi vüqarlıdır, uca dağların, 
Hüsnünə bir yaraşıqdır yaşıl bağların, 
Bizimlə bir başlamışdır, gözəl çağlarım. 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə