Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə54/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   50   51   52   53   54   55   56   57   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
59 
düşülən cümlələrlə qarşılaşırlar. Dərsliklərdə elə mətnlər də vardır 
ki, şagirdlər bildikləri sözləri orada yeni əlaqələr sistemində görür-
lər, onlar çox vaxt belə sözlərin mənalarını başa düşmür, məzmunu 
kor-koranə, mexaniki hafizəyə əsasən əzbərləyirlər. Beləliklə, şa-
girdlər məzmunu şüurlu mənimsəmir, əsas ideyanı, müəllifın fikrini 
başa düşmür, öyrəndiklərini real həyatla əlaqələndirməyi bacarmır-
lar. 
Müşahidələr göstərir ki, müəllimlərin bir qrupu mətndə olan 
əksər sözlərin, bəzi cümlələrin mənalarını yerli-yersiz izah etməyə 
çalışırlar. Bu, bir tərəfdən dərsdə vaxtın itməsinə səbəb olur, digər 
tərəfdən mətndəki bədiilik, axıcılıq, oynaqlıq azalır, obrazların 
keçirdikləri hiss və həyəcanın, əhval-ruhiyyənin və s. təsir gücü 
aşağı düşür. Ona görə də müəllim təlim prosesində bu işə ehtiyatla 
yanaşmalı, mətndəki anlaşılmayan bütün sözlərin və cümlələrin de-
yil, əsas məzmunun, ideyanın açılmasına bilavasitə xidmət edənlə-
rin mənasının üzərində dayanmalıdır. Bu baxımdan K.D.Uşinski 
deyir: ―...kiçik oxucuya her şeyi izah edən... kiçik və bəzən də boş 
bir hekayəyə sözlə müxtəlif izahat verən şəxs pedaqoji nöqteyi-nə-
zərdən düzgün hərəkət etmir‖. 
Aparılan müşahidələr göstərir ki, oxu materialının xarakterin-
dən, kontekst daxilində qazandığı mənadan və funksiyadan asılı 
olaraq, sözlərin mənasının açılması üzrə işləri dərsin üç mərhələ-
sində aparmaq olar: birincisi, mətnin oxunmasından əvvəl; ikincisi, 
oxu prosesində; üçüncüsü, oxu prosesindən sonra. Ona görə də çə-
tin sözləri müəyyənləşdirmək, onları dərsin hansı mərhələsində və 
necə izah etmək əvvəlcədən dəqiqləşdirilməlidir. Buradan belə bir 
sual meydana çıxır. Bəs çətin sözlərdən hansılarının mənası dərsin 
hansı mərhələsində və necə izah olunmalıdır? Xüsusi tədqiqat gös-
tərir ki, həm bədii, həm də elmi-kütləvi mətnlərdə şagirdlərin gör-
mədikləri əşya və hadisə adları, kontekst xaricində izahı mümkün 
olan sözlər dərsin birinci mərhələsində izah olunmalıdır. Bədii 
mətnlərdə olan çətin sözlərin mənası isə dərsin üçüncü mərhələsin-
də açılmalıdır. Elmi-kütləvi materiallarda işlənən çətin sözlər dər-
sin ikinci mərhələsində, yəni oxu prosesində izah edilməlidir. 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə