Ağarəhim Əsərlər
65
— Uşaqlar, nə üçün bu cümlədə müəllif sizin tapdığınız sözləri
yox, məhz
bağırırdı
sözünü işlədib.
Şagirdlərin cavab verə bilmədiklərini görən müəllim onlara çat-
dırır ki, axı erməni zabiti kobuddur, azğındır, qaniçəndir, türklərin
düşmənidir. O, türklərə nifrət etdiyi üçün
demir, çığırmır,
məhz
bağırır
. Ona görə də müəllif bu cümlədə erməni zabitinin azğınlı-
ğını, onun vəhşi canavar təbiətini, insanları daima didməyə, parça-
lamağa, güllələməyə və s. hazır olduğunu ifadə etmək üçün
bağı-
rırdı
sözündən istifadə etmişdir. Sonra
şagirdlər müəllimin tələbi
ilə ―Qoca başını vüqarla qaldırdı‖ cümləsini oxuyurlar.
Müəllim deyir:
— Uşaqlar, bəs bu cümlədə
vüqarla
sözünü hansı sözlə əvəz
etmək olar?
—
Ürəklə, inadla, qorxmadan, çəkinmədən, cəsarətlə
və s.
— Bəs
nə üçün müəllif burada
vüqarla
sözünü işlədib?
— Çünki qoca müharibədə ermənilərlə vuruşan beş oğlu ilə fəxr
edir. O, vətənini, xalqını canından çox istəyir.
Vətən yolunda ölü-
mündən qorxmur, ona görə də düşmən qarşısında qorxmadan, çə-
kinmədən, vüqarla dayanır.
Vüqar
sözü qocanın hərəkətini daha
dəqiq mənada əks etdirir.
Şagirdlər bu sözün mənasını öyrəndikdən sonra müəllimin tələ-
bi ilə növbəti cümləni (zabit vəhşi kimi nərildədi, tapançanı qaldı-
rıb qocanı qorxutdu) oxuyurlar.
Müəllim şagirdlərə başa salır ki, hekayədə deyildiyi kimi, insan
qışqırar, çığırar, danışar, deyər, lakin nərildəməz. Erməni zabiti in-
sanla heyvan arasında
heç bir fərq görmədiyi, günahsız qocaları,
qadınları, uşaqları, qırdığı, güllələdiyi üçün müəllif onu vəhşi, çı-
xardığı səsi isə nərilti adlandırır. Yaxud müəllif hekayənin sonunda
deyir: ―Zabit çığırmaq, canavar kimi ulamaq istədi...‖
Burada da IV sinif şagirdlərinə bir daha çatdırılır ki, azğın, qu-
duz erməni zabitinin bütün düşüncəsi, ideyası günahsız
adamlara
əzab vermək, öldürmək, məhv etmək, ölkəmizin var-dövlətini zəbt
etmək olduğundan yazıçı onu yırtıcı canavarla müqayisə edir. Ca-
navar isə hürmür, qışqırmır, çığırmır, ulayır. Ona görə də müəllif