|
Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
61
rı ardıcıl işlənən, məntiqi cəhətdən bir-biri ilə əlaqələnən cümlələr
vasitəsilə meydana çıxır. Məsələn, III sinifdə ―Polad bilək‖ mətnin-
də
burğu, oyuq, dinamit
və
fitil
sözləri işlənmişdir. Şagirdlər bu
sözlərin mənalarını kontekstdən kənarda başa düşmürlər. Ona görə
də müəllim şagirdlərin diqqətini həmin sözlərin işləndiyi cümlələrə
yönəldir: ―Adamlar qayaları burğu ilə deşib oyuqlar düzəltdilər.
Oyuqlara dinamit qoydular. Sonra dinamitə bərkidilmiş fitilin ucu-
nu yandırıb oradan uzaqlaşdılar. Çox keçmədi ki, gurultu qopdu.
Dağ yerindən silkələndi və sinəsi yarıldı‖.
Şagirdlər cümlələri təkrarən səssiz oxuyurlar. Sonra
burğu,
oyuq, dinamit
və
fitil
sözlərinin mənaları cümlələrdə daşıdıqları
funksiya əsasında müəyyənləşdirilir, ifadə etdikləri əşyalar, cism və
hadisələr aydınlaşdırılır. Çətin anlaşılan sözlərin bu yolla izahı bir
tərəfdən şagirdlərə sözlərin ifadə etdikləri anlayışları xarakterizə et-
məyə imkan verir, digər tərəfdən işlənən cümlələrin, abzasların mə-
nalarını düzgün başa düşməyə şərait yaradır.
Oxu materiallarından sinonim və antonim sözlərin seçilməsi və
onların mənalarının izahı ayrı-ayrı obrazların hərəkəti və xarakteri-
nin, məzmun və ideyanın mənimsənilməsinə, başa düşülməsinə yö-
nəldilməlidir. Şagirdlərə başa salınmalıdır ki, bədii mətndə işlənən
sinonim və antonim sözlər fikrin dəqiq və aydın ifadəsini təmin et-
məklə emosional hisslərin bədii dəyərini başa düşməyə imkan ve-
rir. Hər hansı mətndə, nitqdə və eləcə də inşa yazıda bu sözlərdən
düzgün istifadə etmədikdə, məzmunu açmaq üçün sözlərdən daha
müvafiq, zəruri olanı seçmədikdə fikri də aydın, dəqiq, təsirli ver-
mək olmur. Ona görə də məzmunun şüurlu mənimsənilməsi baxı-
mından şagirdlərin oxu materialları üzərində müşahidəsi təşkil edil-
məli və onlarda yazıçının işlətdiyi sözlərə, onlardakı məna çalar-
larına həssas münasibət tərbiyə olunmalıdır. Məsələn Ə.Əlibəylinin
―Azərbaycan‖ şeirindən götürülmüş parçaya diqqət yetirək:
Özün kimi vüqarlıdır, uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır, gözəl çağlarım.
|
|
|