|
Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
59
düşülən cümlələrlə qarşılaşırlar. Dərsliklərdə elə mətnlər də vardır
ki, şagirdlər bildikləri sözləri orada yeni əlaqələr sistemində görür-
lər, onlar çox vaxt belə sözlərin mənalarını başa düşmür, məzmunu
kor-koranə, mexaniki hafizəyə əsasən əzbərləyirlər. Beləliklə, şa-
girdlər məzmunu şüurlu mənimsəmir, əsas ideyanı, müəllifın fikrini
başa düşmür, öyrəndiklərini real həyatla əlaqələndirməyi bacarmır-
lar.
Müşahidələr göstərir ki, müəllimlərin bir qrupu mətndə olan
əksər sözlərin, bəzi cümlələrin mənalarını yerli-yersiz izah etməyə
çalışırlar. Bu, bir tərəfdən dərsdə vaxtın itməsinə səbəb olur, digər
tərəfdən mətndəki bədiilik, axıcılıq, oynaqlıq azalır, obrazların
keçirdikləri hiss və həyəcanın, əhval-ruhiyyənin və s. təsir gücü
aşağı düşür. Ona görə də müəllim təlim prosesində bu işə ehtiyatla
yanaşmalı, mətndəki anlaşılmayan bütün sözlərin və cümlələrin de-
yil, əsas məzmunun, ideyanın açılmasına bilavasitə xidmət edənlə-
rin mənasının üzərində dayanmalıdır. Bu baxımdan K.D.Uşinski
deyir: ―...kiçik oxucuya her şeyi izah edən... kiçik və bəzən də boş
bir hekayəyə sözlə müxtəlif izahat verən şəxs pedaqoji nöqteyi-nə-
zərdən düzgün hərəkət etmir‖.
Aparılan müşahidələr göstərir ki, oxu materialının xarakterin-
dən, kontekst daxilində qazandığı mənadan və funksiyadan asılı
olaraq, sözlərin mənasının açılması üzrə işləri dərsin üç mərhələ-
sində aparmaq olar: birincisi, mətnin oxunmasından əvvəl; ikincisi,
oxu prosesində; üçüncüsü, oxu prosesindən sonra. Ona görə də çə-
tin sözləri müəyyənləşdirmək, onları dərsin hansı mərhələsində və
necə izah etmək əvvəlcədən dəqiqləşdirilməlidir. Buradan belə bir
sual meydana çıxır. Bəs çətin sözlərdən hansılarının mənası dərsin
hansı mərhələsində və necə izah olunmalıdır? Xüsusi tədqiqat gös-
tərir ki, həm bədii, həm də elmi-kütləvi mətnlərdə şagirdlərin gör-
mədikləri əşya və hadisə adları, kontekst xaricində izahı mümkün
olan sözlər dərsin birinci mərhələsində izah olunmalıdır. Bədii
mətnlərdə olan çətin sözlərin mənası isə dərsin üçüncü mərhələsin-
də açılmalıdır. Elmi-kütləvi materiallarda işlənən çətin sözlər dər-
sin ikinci mərhələsində, yəni oxu prosesində izah edilməlidir.
|
|
|