|
![](/i/favi32.png) Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
55
si şagirdlərə səssiz, gözlə oxumaq vərdişləri aşılamaqdan ibarətdir.
Çünki səssiz oxu onun sürətinin üç-dörd dəfə artırılmasını təmin
edir. Onların yorğunluqlarının qarşısını alır. Oxunun məhsuldarlı-
ğını artırır, mətnin şüurlu mənimsənilməsinə əsaslı təsir göstərir.
5. Oxunun düzgünlüyü
Oxunun düzgünlüyü oxu vərdişlərinin aşılanması üçün başlıca
şərtdir. I-II siniflərdə şagirdlərdən bəziləri oxuda müxtəlif xarakter-
li nöqsanlara yol verirlər. Belə ki, onlar sözləri bütöv oxumaqda çə-
tinlik çəkirlər. Çoxhecalı sözləri höccələməklə, yaxud hərflərlə
oxuduqlarından sözlərin axırına çatmamış əvvəlki hecaları unudur-
lar. Nəticədə ya çaşıb qalır, yaxud da ki özlərinə bir növ yaxın
olanları (nitqlərində çox işlətdikləri) ilə əvəz edirlər. Bəzən də tə-
ləskənliyə yol verərək sözlərə heca artırır (dəftər(in), kitab(a), kü-
çə(də), və s.), heca buraxır (tərəvəz(lik)də, kənd(li)lər, gör(üş)lər və
s.), sözlərin əvvəlinə səs əlavə edir (i)radio, i(radə), bir səsi başqası
ilə əvəzləyirlər (gəliləm, arı-ayı və s.) Bundan əlavə, şagirdlər oxu-
duqları sözləri yerli dialekt və şivənin təsiri altında tələffuz edirlər,
heç şübhəsiz ki, belə nöqsanlar anlaşılmazlıq yaradır, mətnin dərk
olunmasını çətinləşdirir. Oxunun normal sürətinə mane olur.
Bütün bunlar oxu prosesində aşağıdakı tələblərin nəzərə alınma-
sı zərurətini irəli sürür.
1. Sözləri səlist, aydın, sərbəst və bütöv oxumaq.
2. Rabitəli mətnləri cümlələrlə oxumaq, fasiləni (qrammatik,
məntiqi və psixoloji), məntiqi vurğunu gözləmək.
3. Ədəbi tələffüz qaydalarına riayət etmək.
4. Oxu prosesində buraxılan səhvləri dərhal şagirdlərin nəzrinə
çatdırmaq və nöqsanların aradan qaldırılması uğrunda müntəzəm
mübarizə aparmaq. Qabaqcıl müəllimlər oxunun düzgünlüyünü tə-
min etmək üçün ən optimal priyomlardan, iş formalarından istifadə
edirlər:
—
yanlış oxunan sözlərin təkrarən oxudulması üzrə müntəzəm
məşqlərin aparılması;
|
|
|