Ağarəhim Əsərlər
71
oyadır, onları mahiyyətə varma, təhlil-tərkib aparma vəzifəsi ilə
qarşılaşdırır. Məsələn, İ.Tapdığın ―Xəzər‖ şeirindən alınmış parça-
ya nəzər salaq:
Üzərində polad şəhər
Nə gözəldir bizim Xəzər.
Burada polad şəhər ifadəsi məcazdır, metaforadır. Müəllif Xə-
zərin qoynunda qurulan neft buruqları meşəsi və qəhrəman neftçilər
üçün dənizdə yaradılmış gözəl həyat şəraiti ilə adi şəhər arasında
oxşarlıq, bənzərlik axtarmışdır. Bu baxımdan da şair quruda salın-
mış şəhərin oxşar cizgilərini polad dirəklər üzərində dayanan ―Neft
daşları‖ şəhərciyinin üzərinə köçürmüşdür.
Yaxud L.Voronkovanın ―Elin sərvəti‖ hekayəsində
Qızıl zəmi
dalğalanırdı,
Z.Cabbarzadənin ―Kənd‖ şeirində
Səhərdir. Üfüq-
lərdən Qızıl günəş boylanır,
H.Ziyanın ―Sünbülüm‖ şeirində
Qızıl
budaq sünbülüm, sarı saçaq sünbülüm
cümlə və misralarında iş-
lənən
qızıl zəmi, qızıl günəş, qızıl budaq
ifadələri metaforalardır.
Göründüyü kimi, metafora iki əşyanın, hadisənin qarşılaşdırıl-
masına əsaslansa da, onlardan (yəni qarşılaşdırılanlardan) biri fıkri
ifadə prosesində iştirak etmir, adı çəkilmir. O, qarşılaşdığı (nitqdə
çıxış edən) əşyanın üzərinə mühüm əlamətini köçürməklə özünün
mahiyyətini təsəvvüründə canlandırır. Bəzən elə hallar da olur ki,
cümlədə (şeirdə, misrada) işlənən sözlərdən bəziləri metaforaların
bütöv bir lövhə yaratmasına xidmət edir.
Müşahidələr göstərir ki, yığcam təşbehli metafora müxtəlif ox-
şarlıq əsasında yaranır:
a) formasına (şəklinə) görə: neft meşəsi, ayna bulaqlar, dəniz
güldü, ləpələr gülümsədi, qış qəzəbləndi;
b) rənginə görə: qızıl piyalə, qızıl günəş;
v) səsinə görə: faşist bağırır, zabit ulayır, çay guruldayır, külək
vıyıldayır;
q) keyfıyyətinə görə: qızıl xasiyyət, qızıl torpaq, almaz qumlar,
dəmir iradə, polad bilək, polad iradə və s.
|