Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə66/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   62   63   64   65   66   67   68   69   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
72 
Metaforalar yalnız nitqi bəzəməklə, onun təsirliliyini qüvvətlən-
dirməklə, insanda bədii estetik hisslər yaratmaqla qalmır, həm də 
mücərrəd məfhumları təfəkkürdə əyaniləşdirir, dərindən və məntiqi 
düşünmək bacarığının inkişafına səbəb olur. Ona görə də ibtidai 
siniflərdə bədii materialların tədrisi prosesində metaforalara xüsusi 
diqqət yetirilməli, sözaltı mənası müxtəlif xarakterli çalışmalar va-
sitəsilə şagirdlərə çatdırılmalıdır: 
— metaforalar əsasında yaranmış əlvan və poetik mənzərənin 
şagirdlərin təsəvvüründə canlandırılması; 
— metaforaların necə və nə üçün yaradıldığının izah edilməsi
— metaforanı yaratmaqda yazıçının əsas məqsədinin açılması; 
— yazı taxtasına qarışıq yazılmış sözlərdən metaforaların dü-
zəldilməsi; 
— metaforik ifadələr işlənmiş cümlələrin bütün sözləri həqiqi 
mənada işlənmiş cümlələrlə müqayisə edilməsi və s. 
Bunsuz materialdakı bədiiliyi, oynaqlığı, lirizmi duymaq, məz-
munu, ideyanı şüurlu mənimsəmək mümkün deyil. 
Dilin təsvir vasitələrindən biri də 
metonimiyadır
. Metonimiya 
formal cəhətdən metaforaya bənzəsə də, onlar arasında müəyyən 
fərqlər mövcuddur. Belə ki, metafora bir əşya və hadisəyə aid olan 
xarakter cizgilərin (əlamətlərin) digərinə köçürülməsi ilə yaranırsa, 
metonimiya bir söz və anlayışın sıx əlaqədə olduğu başqa söz və 
anlayışla əvəz olunmasıdır. Məsələn, X.Rzanın ―Ana yurdum‖ şei-
rindən alınmış
Qızıl Quba, qızıl Qusar
Xatırladır ilk baharı...
bəndində 
Quba 

 Qusar
sözlərinin hər biri bütövlükdə bir rayonu
onun əhalisini, təsərrüfatını, təbii mənzərələrini təcəssüm etdirən 
metonimiyalardır. Yaxud Z.Xəlilin ―Bizim şəhər‖ şeirində yaradı-
lan ―Qalxdı şəhər yuxusundan‖ metonimiyasında şəhərlə onun əha-
lisi eyniləşdirilir. Şagirdlər isə belə mürəkkəb təbiətli metonimiya-
ları çox zaman görmür, onların yaratdığı lövhələri hiss etmir, emo-
sional eksperessiv təsir gücünü duymurlar. Ona görə də müəllimlər 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə