Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə72/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   68   69   70   71   72   73   74   75   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
78 
aydın çatdırmaq üçün dörd aspektə diqqət yetirilməlidir: 
a) bənzədiləni bənzəyənə görə; 
b) bənzəyəni bənzədilənə görə
c) bənzətmə qoşmasına görə; 
ç) bənzərlik əlamətinə görə. 
Məsələn, B.Həsənovun ―Ayı ovu‖ hekayəsindən alınmış 
Xən-
cərin tiyəsi ayının dal ayaqları arasında gümüş kimi parıldayır-


Ayı isə kökündən qopmuş palıd kimi qabağında yerə sərildi
cümləsinə nəzər salaq. Birinci cümlədə 
xəncərin tiyəsi
bənzədilən, 
gümüş
bənzəyən, 
kimi
isə bənzətmə qoşmasıdır. Bənzərlik əlaməti 
isə gümüşün parıltılı olmasıdır. İkinci cümlədə isə 
ayı
bənzədilən, 
palıd
bənzəyən, 
kimi
isə yenə bənzətmə qoşmasıdır. Böyük, qol-
budaqlı palıdın yerə necə sərilməsi, bu zaman onun yaratdığı mən-
zərə bənzərlik əlaməti hesab olunur. 
Tutaq ki, H.Razinin ―Ana məhəbbəti‖ şeirinin birinci bəndini 
müəllimin tələbi ilə şagirdlərdən biri oxuyur. 
O, günəş tək hərarətli, 
Bahar kimi təravətli
Dağlar qədər möhtəşəmdir. 
Sonra müəllim soruşur: 
— Uşaqlar, birinci misrada ana məhəbbəti nəyə bənzədilir? 
— Hərarətli günəşə. 
— Nə üçün müəllif ananı hərarətli günəşə bənzədir? 
— Çünki günəş həmişə özündən işıq saçdığı kimi, yandığı, isti-
lik verdiyi kimi, ana da öz övladını sevir, onu isidir, ürəyi yanır. 
— Bəs ikinci misrada nə üçün 
Bahar kimi təravətli
deyilir? 
— Bahar öz gəlişi ilə adamları sevindirdiyi, hər tərəfə ətir saç-
dığı kimi, ana da uşaqları üçün çalışır. Ana məhəbbəti, ana nəfəsi 
dünyada hamıdan əziz və istəklidir. 
— Bəs şeirdə ana məhəbbəti nə üçün möhtəşəm dağlara bənzə-
dilir? 
— Dağ öz əzəmətini həmişə saxladığı kimi, ananın da məhəb-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə