Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə47/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   43   44   45   46   47   48   49   50   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
52 
sul



Co‖, II sinifdə 

Sağlamlığın şərtləri‖, Q.Yurminin 

İsti şitil-
lik



Küləyin xeyri

, Ə.Əmrahovun 

Dalaşqan xoruz

, III sinifdə 

Keçmişdə fəhlələr necə yaşayırdılar‖, 

Keçmişdə kəndlilər necə 
yaşayırdılar‖. İ.Əfəndiyevin 

Maraqlı hadisə

, V.Oseyevin 

Sehrli 
söz

, IV sinifdə isə 

Ananın səsi



Babək

və s. Şagirdlər belə 
mətnlərdəki çoxhecalı sözləri, uzun cümlələri oxumaq, onların mə-
nasını başa düşmək üçün artıq vaxt itirməli olurlar. Elə hallar da 
olur ki, həmin söz və cümlələr üzərinə şagirdlər təkrarən qayıtmalı 
olurlar. Bəzən də şagirdlər tələsir, belə çətin sözləri düzgün oxu-
mur, mənanı fəhmlə, gümanla deyirlər. Bu da təlimdə bir əngələ 
çevrilir. Beləliklə, oxunun sürəti azalır, sözlərin, cümlələrin, abzas-
ların və eləcə də bütövlükdə mətnin məzmununun şüurlu mənimsə-
nilməsi işi çətinləşir. 
b) Sinifdə oxu nümunəsinin göstərilməsi.
I-IV siniflərdə nümunəvi oxu xüsusi əhəmiyyət kəsb edir. Bu 
oxu I-II siniflərdə müəllim tərəfındən aparılır. III-IV siniflərdə 
şagirdlər müəyyən qiraət vərdişlərinə yiyələndiklərindən sinifdə ən 
yaxşı oxuyan, aydın və təsirli səsi olan şagirdlərin də oxusundan 
istifadə etmək mümkündür. Nümunəvi oxu prosesində şagirdlər 
mətndəki ayrı-ayrı sözlərin, ifadələrin, cümlələrin oxunuşunu, tə-
ləffuzünü diqqətlə izləyir, yaxşı oxu qaydasını 

görürlər‖. 
Bu işi iki variantda aparmaq olar. Birincidə, şagirdlər kitablarını 
örtür, müəllimi dinləyir, hər sözün, ifadənin, cümlənin necə deyil-
məsini, nitq üzvlərinin aldığı vəziyyəti müşahidə edərək öyrənməyə 
çalışırlar. Yaradıcılıq fəaliyyəti göstərməyə çalışan bəzi müəllimlər 
bu işdə maqnitofon lent yazılarından da bacarıqla istifadə edirlər. 
Tutaq ki, II sinifdə V.Oseyevanın 

Oğullar‖ hekayəsi üzrə şagirdlə-
rə oxu nümunəsi verilməlidir. Müəllim əvvəlcədən həmin mətnin 
nümunəvi oxusunu maqnitofon lentinə köçürür. Sonra şagirdlərlə 

Oğullar‖ mətni üzrə giriş müsahibə aparır, çətin sözlərin mənası-
nın açılması üzrə iş gedir. Nəhayət, şagirdlər kitabı örtürlər. Maqni-
tofonun düyməsi basılır. Nümunəvi oxu səslənir. Şagirdlər diqqətlə 
qulaq asırlar. Bu prosesdə şagirdlərin eşitmə, dinləmə və başa düş-
mə qabiliyyətləri də inkişaf etməyə başlayır. İkincidə isə şagirdlər 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə