Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə45/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   41   42   43   44   45   46   47   48   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
50 
diqqət yetirilməlidir. Məlumdur ki, ifadəli oxu prosesində mətnin 
məzmunu, yazıçının məqsədi, qəhrəmanların hərəkəti və s. məsələ-
lər şifahi nitqin müxtəlif ifadə vasitələri ilə (mimika, jest, intonasi-
ya, vurğu, fasilə və s.) canlı şəkildə verilir. Beləliklə, oxunun şüur-
luğu ifadəlilik üzrə aparılan işlərin nəticəsi kimi meydana çıxır. Bu-
rada ən maraqlı cəhətlər ondan ibarətdir ki, şüurlu oxunmayan mət-
ni mənimsəmək mümkün olmadığı kimi, onu ifadəli oxumaq da çə-
tindir. İfadəliliyə əməl etmək, mətndəki personajların hərəkətini
onların psixologiyasını, xarakterini, fərdi xüsusiyyətlərini, müəlli-
fin məqsədini başa düşmək şüurlu oxumaq deməkdir. Ona görə də 
oxu materialındakı söz və obrazlı ifadələrin, hətta, cümlələrin mə-
nasının açılmasına, onların konteks daxilində və kənarda məna ça-
larlığına, müəllifın məhz bu sözü nə üçün işlətməsinə, başqa sözlə, 
obraz və anlayışların kəsb etdiyi mənaların öyrədilməsinə çalışma-
lıdır. 
Ümumiyyətlə, oxu təlimi prosesində şagirdlərdə düzgün, sürətli, 
ifadəli oxumaq bacarıqlarının formalaşdırılması məzmunun şüurlu 
mənimsənilməsinə əsaslı təsir göstərməklə, onların real varlıq haq-
qındakı təsəvvürlərini zənginləşdirir, nitq və təfəkkürlərinin inkişa-
fına güclü təkan verir. 
 
4. Oxu sürətinin artırılması 
 
Oxunun sürəti şüurlu mənimsəmənin əsasıdır. Bu sahədə prak-
tik iş getdikcə, şagirdlər müəyyən vərdişlər qazandıqca oxunun sü-
rəti də sinifdən-sinfə tədricən artır, onlarda avtomatlaşmış bir pro-
sesə çevrilir. Deməli, sürətli oxu vərdişlərinə şəxsin özünün müntə-
zəm qiraəti nəticəsində nail olmaq mümkündür. Proqramın tələbinə 
əsasən, tədris ilinin sonunda bir dəqiqədə şagirdlər I sinifdə 20-30, 
II sinifdə 40-50, III sinifdə 60-70, IV sinifdə isə 80-90 sözlə oxu-
mağı bacarmalıdırlar. 
Təcrübə göstərir ki, I-IV siniflərdə aşağı sürətlə, hətta, hərf və 
hecalarla oxuyan şagirdlər də vardır. Onlar öz diqqətlərini yalnız 
ayrı-ayrı sözlərin, bəzən də cümlələrin mənasının başa düşülməsinə 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə