Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə29/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   25   26   27   28   29   30   31   32   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
34 
rür, onları kəsmə əlifbanın köməyi ilə müxtəlif hecalarda birləşdi-
rirlər. Beləliklə, məktəblilər yeni keçilmiş hərfı bütövlükdə dərk 
edirlər. Yazı məşğələsində isə onlar öyrəndikləri hərflərin yazılış 
forması ilə tanış olurlar. Bu zaman müəllim yeni keçilmiş hərfı bü-
tövlükdə yazı taxtasına yazır. Şagirdlər onu diqqətlə müşahidə edir-
lər. Sonra həmin hərfin ayrı-ayrı elementlərini uşaqlara göstərir və 
yazı lövhəsində həmin elementləri qeyd edir, izahını verirlər. Hər-
fın digər elementləri üzərində də belə iş gedir. Nəhayət, yenidən 
hərf bütöv bir varlıq kimi yazı taxtasında izah oluna-oluna yazılır. 
İşin gedişində başa salınır ki, hər bir hərf müəyyən elementlərdən 
ibarətdir. 
Uşaq yeni öyrəndiyi hərfdən bir neçəsini yazdıqdan sonra onu 
müxtəlif sözlərin tərkibində işlədir, digər hərflərlə birləşdirməyə 
çalışır. Əlifba təliminin ilkin mərhələsində şagirdlərə təqdim olu-
nan sadə hərf və sözlər ikinci, üçüncü mərhələdə getdikcə mürək-
kəbləşdirilir. Onlar tədricən üzündən köçürmədən yaradıcı köçür-
məyə gedirlər. Müəllim sözlərdə müəyyən hərfi buraxır, əvəzində 
nöqtələr qoyur, məktəblilər sözü köçürür və buraxılmış hərfi nöqtə-
lərin yerinə artırırlar. Yaxud müəllim müəyyən sözləri lövhəyə ya-
zır, müvafiq hərflərin altından xətt çəkir və şagirdlərə həmin hərflə-
rin əvəzinə başqasını yazmağı tapşırır. Bu prosesdə məktəblilər 
həm nəzərdə tutulmuş hərfləri yaddaşa əsasən yazmağı öyrənir, 
həm də hər bir hərfı dəyişməklə yeni bir sözün əmələ gəlməsini an-
layırlar. Əlifba təliminin əvvəllərində işin belə təşkili mexaniki 
üzündən köçürmənin qarşısını alır, uşaqları şüurlu fəaliyyət göstər-
məyə alışdırır. Onlar ilkin vərdişlərə yiyələndikcə işin xarakteri də 
bir qədər mürəkkəbləşir. Üzündən köçürmədən, tədricən yaddaşa 
əsasən, imla yazmağa doğru gedirlər. 
Yaddaşa əsasən yazının müxtəlif variantlarda tətbiqi şagirdləri 
sözün səs-hərf, heca tərkibini düzgün müəyyənləşdirməyə genış 
imkanlar açır. Sözlərdə hərfburaxma, hərfartırma, bir hərfı başqası 
ilə əvəzetmə və s. kimi nöqsanların qarşısı alınır. Yaddaşa əsasən, 
uşaqlar hərfi, onun obrazını yalnız təsəvvürdə canlandırmaqla və 
dəftərdə yazmaqla kifayətlənmir, eyni zamanda sözü, hecanı, ayrı-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə