Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə438/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   434   435   436   437   438   439   440   441   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
451 
Şagirdlər bu gündəlik prosesi izləyir, onun haqqında geniş məluma-
ta malik olurlar. Sadəcə olaraq sualların qoyuluşu şagirdlərın diq-
qətini analarının əməyinə, onların (uşaqların) gördüyü işlərə, özlə-
rinin analarına köməyinə, ananın sevincinə, analarının onlar üçün 
çəkdiyi əzab-əziyyətə yönəltmiş, nə üçün analarını sevmələri sualı-
na cavablar axtarmağa vadar etmişdir. Nəticədə şagirdlərin hər biri 
analarına necə kömək etmələri ilə əlaqədar canlı və inandırıcı şifahi 
hekayələr qurdular. 
Şagirdlər analarına kömək etməklə əlaqədar həyatı təəssüratları-
nı, gördükləri işləri, şəxsi münasibətlərini və s. aydın şəkildə gös-
tərmişdilər. Buna səbəb şagirdlərin mövzu haqqındakı təsəvvürləri-
nin zənginliyi olmuşdur. 
Bu, ondan irəli gəlir ki, şagird yaxşı tanıdığı, haqqında geniş 
məlumata malik olduğu mənzərəni, hadisəni emosiya ilə, canlı şə-
kildə ifadə edir. Əks təqdirdə meşə görməmiş, onu müşahidə etmə-
miş, haqqında müəyyən məlumata malik olmayan şagird ―Meşədə 
necə azdım‖ mövzusunda heç bir fikir söyləyə bilmir. 
Şagirdlər oyunları, əyləncələri və öz həyatlarında baş verən ma-
raqlı (gülməli və qorxunc) əhvalatlar haqqında da həvəslə danışır-
lar. Şagirdlər elə güman edirlər ki, məlumatları yoldaşları və müəl-
lim üçün yeni və maraqlıdır. Ona görə də düşüncələrini olduğu 
kimi, təbii, canlı və emosional şəkildə ifadə etməyə çalışırlar. Bura-
da onlar hadisənin yerini, vaxtını, necə başlanmasını, süjetini və fi-
nalı özləri düşünür, öz əqlinin, hissinin təsiri ilə verirlər. 
Təcrübə göstərir ki, ibtidai sinif şagirdlərinə başlarına gələn ma-
raqlı (gülməli və qorxunc) əhvalatlar haqqında hekayələr qurdurar-
kən bir-iki gün əvvəl onlara mövzu təqdim olunmalı, bu zaman qar-
şıya qoyulan məqsəd aydın şəkildə açılmalı və fikirləşmələri, axta-
rışlar aparmaları üçün vaxt verilməlidir. Bu baxımdan II sinfə bir 
gün əvvəl ―Həyatımda ən maraqlı hadisə mövzusu təqdim olundu 
və evdə fıkirləşmələri, başlarına gələn ən maraqlı hadisələrdən sə-
həri gün danışacaqları çatdırıldı. 
Şagirdlər evdə həyatlarında nə kimi maraqlı hadisələr baş ver-
məsini, nələrə rast gəlmələrini, nələrdən qorxmalarını, hansı gülmə-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   434   435   436   437   438   439   440   441   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə