Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə446/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   442   443   444   445   446   447   448   449   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
459 
canlı müşahidələr və uşaqların həyatı, şəxsi təcrübələri əsasında 
tərtib olunan hekayələrin kollektiv müzakirəsi şagirdlərin monoloji 
şifahi nitqinə əsaslı təsir göstərir. III-IV siniflərdə eyni mövzu üzrə 
iki şifahi inşanın müqayisəli təhlili üzrə işlərə də geniş yer verilmə-
lidir. 
Müşahidə apardığımız iki məktəbin dörd III sinfində şagirdlər-
dən ―Payızda meşə‖ mövzusunda süjetli şəkil üzrə şifahi hekayələr 
qurmaq tələb edildi. Ən yaxşı hekayələrdən ikisi maqnitofon lenti-
nə yazıldı. Şagirdlərə lentə yazılmış hekayələrdən hansında nə kimi 
müvəffəqiyyətli və zəif cəhətlərin olması, nağılın ifadəliliyi (səs, 
nağıletmənin sürəti, məzmuna uyğunluğu, tonu, intonasiyalılığın nə 
dərəcədə gözlənilməsi və s.) üzrə sadə şəkildə də olsa tapşırıq veril-
di. Sonra hekayələr sinifdə səsləndirildi. Şagirdlər diqqətlə dinlə-
dikdən sonra hekayələr müqayisəli şəkildə müzakirə olundu. 
Bu zaman müəllim sinfə ―Hekayələr xoşunuza gəldimi?‖, ―Bi-
rinci hekayədə meşənin təsviri necə verilmişdir?‖, ―Bəs ikinci he-
kayədə?‖, ―Hansı hekayədə ağac adları çox çəkilir?‖, ―Birinci he-
kayədə ağacların yarpaqları necə təsvir olunur?‖, ―Otlar, çiçəklər 
haqqında nə deyilir?‖, ―Otların görünüşünü necə verirlər?‖, ―Uşaq-
ların səsi hekayələrin məzmununa uyğun gəlirmi?‖, ―Hansı hekayə 
surətlə nağıl olunur?‖, ―İntonasiyanı gözləyə bilirlərmi?‖, ―Hansı 
hekayə xoşunuza gəlir?‖, ―Nəyə görə?‖ və s. suallar verildi. Hər iki 
hekayə haqqında onların fərdi cavabları, münasibətləri qeydə alın-
dı. İşin sonunda cavablar ümumiləşdirildi, bir-iki şagirddən hər iki 
hekayə üzrə müqayisəli şəkildə fikir söyləmək tələb olundu. Onlar 
hekayədəki müsbət və mənfi cəhətləri, çatışmazlıqları ifadə etdilər. 
Təcrübə göstərir ki, IV sinif şagirdlərinin şifahi tərtib etdikləri 
təsvir olunan obyektlə müqayisəli şəkildə yenidən müşahidə etmə-
ləri və onların müqayisəli təhlili monoloji şifahi nitqin inkişafı nöq-
teyi-nəzərdən çox maraqlıdır. Müqayisəli təhlil prosesində onlar 
obyekti müşahidə edərkən hər hansı əşya və hadisələrdən hansıları-
nı az yer vermələrini, hansıların üzərində çox dayanmalarını əyani 
şəkildə görürlər. Onlar hekayədə daha nəyi, necə, nə vaxt, nədən 
əvvəl və nədən sonra ifadə etməyin lazım gəldiyini başa düşürlər. 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   442   443   444   445   446   447   448   449   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə