Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə445/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   441   442   443   444   445   446   447   448   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
458 
də xüsusi bir aləm yaranır. Hekayənin zəif və uğurlu cəhətləri kol-
lektivin birgə səyi ilə aşkar edilir. 
Müəllim hər bir şagirdin cavabını izləyir, onun münasibətini öy-
rənir, qeydə alır, işin sonunda cavabları ümumiləşdirir, öz sözünü 
deyir, şagirdlərdə özünə inam yaradır. Onlarda tədricən özünün və 
yoldaşının nitqinə tənqidi münasibət bildirmək bacarıqları formala-
şır. Hər biri özü üçün nəticə çıxarır, gələcəkdə belə nöqsanlara qa-
yıtmamağı çalışır. A.D.Alferov göstərir ki, belə hallarda ilk söz 
qüvvətli şagirdlərə verilməlidir. Danışığından razı qaldınmı? İstə-
diklərinin hamısını dedinmi? Daha yaxşı nağıl etmək üçün nə etmə-
lisən? Sənin nitqinin güclü və zəif cəhətləri hansılardır? Belə sual-
lar vasitəsilə şagirdlər öz nitqlərinə həssaslıqla yanaşır, onun zəif 
və qüvvətli cəhətlərini tez başa düşür, zəruri nəticələr çıxarmağa 
alışırlar. Sinifdə isə yüksək əhval-ruhiyyə yaranır, fikir söyləmək 
arzusu baş qaldırır. Tədricən zəif və orta səviyyəli şagirdlər də işə 
qoşulurlar. Şifahi inşa üzrə iş prosesində danışanın sözünü kəsmək 
olmaz. Müəllim qeydlər aparmalı, fikrini sonra söyləməlidir. Şa-
girdlərin nitqinin kəsilməsi real, canlı ünsiyyət situasiyasını dağı-
dır, işə süni xarakter verir, şagirdi yoldaşları yanında danışmaqdan 
məhrum edir. Müəllim şagirdin monoloji nitqinə öz münasibətini 
bildirərkən onun fikrini heçə endirməyə çalışmamalı, əksinə şagir-
din nöqteyi-nəzərini qiymətləndirməyi, onunda şərik olduğunu bil-
dirməyi bacarmalıdır. 
Şifahi hekayələrin təhlili sinifdəki bütün şagirdlərin nitq inkişafı 
haqqında söz deməyə imkan yaradır. Bu prosesdə şagirdlər bir tə-
rəfdən mövzu üzrə geniş məlumata yiyələnir, hadisənin yerini, ge-
dişini, inkişaf dinamikasını, surətlərin hərəkətini, finalını öyrənir, 
digər tərəfdən onların lüğət ehtiyatı zənginləşir, cümlə qurma vər-
dişləri formalaşır, inşaların həcmi genişlənir, hekayənin məzmunu 
incəliklərinə qədər açılır, əşya və hadisələrin daxili və xarici əla-
mətləri, xarakterik xüsusiyyətləri göstərilir. Hekayənin dil tərtibatı 
xeyli yüksəlir, fikir səlis, aydın, dəqiq, ahəngdar, obrazlı və mono-
loji şəkildə təzahür olunur. Artıq məsələlərə yol verilmir. 
İbtidai siniflərdə oxunmuş materiallar, şəkillər, təbiət üzərində 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   441   442   443   444   445   446   447   448   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə