|
![](/i/favi32.png) Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
454
manda təzahürü onu düşündürmür. Bu baxımdan mühakimə sər-
bəstdir. Bununla belə mühakimənin özü də qarşıya qoyulmuş hər
hansı problemdən doğur. Deməli, mühakimə üçün şagird qarşısında
problemi həll etmək üçün müəyyən ehtimallar irəli sürür. ―Nə
üçün?‖, ―Hansı səbəbə görə?‖, ―Hansı inandırıcıdır?‖, ―Nə etməli?‖
və s. kimi suallara cavablar axtarır. Özünün düşüncə və səyi nəticə-
sində əldə etdiyi faktları təfəkkür süzgəcindən keçirir, qruplaşdırır,
ümumiləşdirib əqli nəticələrə gəlir, inandırıcı və məntiqi fikirlər
sistemi yaradır.
Oxunmuş material, müşahidə, şəkil və şəxsi təcrübə əsasında,
yaxud bir qism sərbəst inşalarda mühakimə elementləri olsa da, on-
ları mühakimə xarakterli inşa adlandırmaq olmaz. Ona görə də mü-
hakimə xarakterli inşa tərtib etdirərkən başlıca diqqət mövzusunun
seçilməsinə yönəldilməlidir. Belə ki, sərlövhə şagirdləri problemlə
qarşılaşdırmalı, mühakimə yürütməyə məcbur etməlidir: ―Sadiq
dost kim ola bilər?‖, ―Mən vətənimizi nə üçün sevirəm?‖, ―Kəndi-
mizin sabahı‖, ―Mən kim olacağam?‖, ―Müəllim nə üçün bizim
qayğımıza qalır?‖, ―Biz dirrikdə necə işləyəcəyik‖, ―Yay tətilini
Göy göldə keçirəcəyik‖ və s.
Təcrübə göstərir ki, mühakimə xarakterli inşanın mövzusunu
müəyyənləşdirmək hələ işin hamısı deyildir. Bunun üçün şagirdlər-
də aydın təsəvvür yaratmaq, əsas məzmuna dərindən nüfuz etmək
üçün onlara müəyyən ideya və istiqamət verilməlidir. Başqa sözlə,
III-IV sinif şagirdləri mövzu ilə bağlı fikri axtarışlara cəlb olunma-
lıdırlar. Qabaqcıl müəllimlər bu işin müxtəlif variantlarından istifa-
də edirlər. Məsələn, tutaq ki, III sinifdə yazı taxtasının yuxarı hissə-
sində ―Uşaqlar meşədə yolu necə tapdılar?‖ mövzusunu və aşağıda
inşanın sonuncu ―Çətinliklə də olsa uşaqlar meşədən kəndə gedən
yolu tapıblar‖ cümləsi yazılır. Şagirdlər mövzunu və cümləni oxu-
yur, fikirləşir, başlıqdan sonluğa qədərki mərhələni axtarır, nə isə
yeni bir şey qurmağa çalışırlar. Onlar çətinlik çəkdikdə məzmuna
istiqamətləndirici ―Görəsən, uşaqlar meşədə nə üçün yolu itirmiş-
lər?‖, ―Meşədə hansı işlərlə məşğul olmuşlar?‖, ―Yolu tapmaq üçün
çoxmu əziyyət çəkmişlər?‖, ―Bəs necə olmuşdur ki, onlar yolu tap-
|
|
|