Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 45 
 
soruşdum. Oruc tutan adama hörmət əlaməti olaraq o da axşama qədər 
onsuz da oruc tutmuş kimiydi. “Amma mən namaz qılmıram ki” dedi. 
“Olsun” dedim. “Sanki mən cümə namazlarının xaricində namaz 
qılıram ki... Namazın yeri başqadır, orucun yeri başqadır. Ancaq oruc 
ikən namaz da qılım desən,  əlbəttə daha yaxşı olar. Sən də namaz da 
qıl, oruc da tut”. Bu  sözümdən sonra “Namaz qılaram, ancaq mollalar 
içki içənlər namaz qıla bilməz deyirlər” dedi. 
Doğrudur, Xıdır  əkə sovetlərdən qalan “məclis qaydalarına 
uyğun” bəlkə ildə bir neçə qədəh içənlərdəndi. Bu qədər içki içdiyi 
üçün namaz qadağan olunur, namaz olmayınca da oruc tutması “batil” 
olur. Aydın olur ki, mollaların bu tərzi “ya hər şey, ya heç nə” 
prinsipinə uyğundur. Xıdır əkəni anladım və israr etmədim. 
Mollaların bu tərzləri Türkiyədən  gedənləri də başa düşməkdə 
problem yaradırdı. Hətta gərginliyə səbəb olurdu. Xoş Türkistanlı dini 
vəzifə daşıyanlarla Türkiyəlilərin arasında gərginliyin  yaranmasında 
“bizim mollaların” da “payı” vardı.  
Qürbətdə insan nələr üçün darıxır, bunu ancaq qürbətdə 
yaşayanlar bilir. Heç təxmin etməyəcəyiniz bir anda ölkəmizdə ikən 
çox da düşkün olmadığımız bir yeməyin ləzzətini canınız istəyər, bəzən 
sözlərini belə tam bilmədiyimiz bir türkü qulaqlarınızda səslənir və 
zümzümə etməyə başlayırsınız. Vətəndən ayrılmayanlar Vətəni bir 
coğrafiya, bir torpaq parçası sanırlar. Halbuki,  Vətən o torpaq 
parçasının üzərindəki çayıyla, şorbasıyla, əzanıyla, türküsüylə, hər şeyi 
ilə bir vəhdətdir. Hər nə  qədər bu tarixi coğrafiyamızda gəzərkən çox 
da tarixə sığışmayan, ancaq hər yerdə özünüzdən bir şey taparaq 
qəriblik hissi yaşamazsınız. Buralar “hər halda sizindir”,  hətta burada 
doğulub böyüyənlərdən daha çox onları yalnız bildiyiniz mövzularda 
“belə etməyin” deyə xəbərdar edəcək qədər sizindir. Bu halı Türkistana 
gələn hər Türkiyəli  yaşayır.  Nə qədər sizin olsa da, həsrət hər zaman 
ürəyinizin bir kənarında Anadolunu yada salır. 
Bir ara hər vaxt müxtəlif məqamlarla oxunan əzan səsini duymaq 
istəyirdim.  Türkistanda azanlar bir məqamda oxunur və doğrusu, 
Anodolunun inkişaf etdirdiyi, İtri kimi böyük musiqişünasların 
üzərində əməklərinin  olduğu melodiyalarla oxunan azanları  eşitməyə 
alışmış qulaqlara bu cür oxunan azan məqam çox da xoş gəlmir.  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 46 
 
Aramızda Türkiyədən gəlmiş azan oxuya biləcək dostlarımız 
vardı. Onların həftədə bir dəfə də olsa məsciddə azan oxumaları bəlkə 
həsrətimizi bir az azalda bilərdi. Xahiş etdim,  amma aldığım cavab 
məni çaşdırdı. “Mollalar icazə verməz” dedilər. Sən demə, Türkiyədən 
gedən din adamları ilə Türkistanlıların arası heç də yaxşı deyilmiş. 
Doğrusu heyrət etdim: din adamları kimi xalq üzərində təsirli bir 
qrupun, Türkiyədən gələnlərin əleyhinə olmasını  nə lazımdırsa edib 
aradan qaldırmaq lazımdı. Bu soyuqluğun səbəbləri isə,  açığı hər iki 
tərəfin “mollalığı” idi. Qazax mollalar Türkiyəlilər namaz libası 
geymədən namazlara gəldikləri üçün acıqlanırmışlar. Hər halda bu 
“səhvin” Qazaxlar arasında da yayılmasından qorxurmuşlar. Bizim 
“mollalar” isə Qazax məscidi mollasının Quran oxuyarkən bəzi səslərin 
tələffüzünü düzəldirmişlər. Hər ləhcədə səslər bir az fərqli çıxır, ancaq 
Türkiyədən gedən mollaların buna dözümləri yoxdur. 
Bu cür kiçik hadisə ilə mollalar arasında gərginlik başlamışdı. 
Bunu mütləq aradan qaldırmaq lazımdı. Xalqla münasibətlərdə də bu 
aradan qaldırılmasa, Türkistanda olmağımızın təməl prinsipi də aradan 
qalxırdı.  
Ramazan  ayının gəlməsindən istifadə edərək bir plan hazırladıq. 
Qrupumuz üç nəfərdən ibarət idi: pensiyaçı, Müfti Ramazan Xoca, 
islam tarixi dosenti və keçmiş millət vəkilimiz Mehmet Şimşək bəy və 
mən. Onların hər ikisi tolerant insanlardı. Hədəf kütləmiz və 
məqsədimiz bəlli idi: Türkistandakı din adamları ilə Türkiyədən gələn 
qrupun bir-birinə yaxınlaşmasını təmin edəcəkdik. Din adamlarına nə 
Türkiyə haqqında, nə də dini mövzularda heç təbliğat aparmayacaqdıq. 
Hədiyyələr verərək və qarşılıqlı ziyarətlərlə aradakı səmimiyyəti təmin 
edəcəkdik. Bu planımızdan sadəcə Universitetin  İdarə  Heyətinin sədri 
Namiq Kamal Zeybək bəyə danışdıq və xərcləyəcəyimiz vəsaitlər üçün 
izin aldıq. O günlərdə Universitetin qonaq evi kimi istifadə etdiyi Turan 
otelinin idarə olunması mənə  tapşırıldı. “Təmsil və qarşılama” 
məsələlərinə vəsait ayıracaqdıq.  
Ramazan Xoca və Mehmet Ağabəy bu plan çərçivəsində 
Türkistandakı məscidləri  ziyarət edib insanlarla  münasibətlər 
yaradırdılar. Mən də bir yandan hədiyyə işlərini təşkil edib,  digər 
yandan  da səhər namazlarına məscid camaatının içinə qatılmağa cəhd 
edirdim. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 47 
 
İlk getdiyim səhər namazında məscidə gələn yaşlılar doğrusu, 
məni görəndə çox heyrət etdilər. Hər halda sübh namazı üçün gələn ilk 
Türkiyəli idim. Çünki Türkiyədən gələnlərin qaldıqları yerlə məscid 
arasında uzun məsafə vardı. Hətta mən də namaza gedərkən yanıma 
gözətçilərdən birini götürmək zərurətini hiss edirdim.  
Getdiyim ilk sübh namazında mollanın namazın  başlamasına az 
qalmış yetişə bildim. Camaat sadəcə 9 nəfərdən ibarət idi və mənim 
iştirakımla 10 nəfər olmuşdu. Yoldaşım məscidin həyətində məni 
gözləyirdi. Namaz bitən kimi oradan ayrıldım.  
Bir neçə gün sonra daha erkən getmişdim. Qocalardan bir neçəsi 
ilə tanış olmaq imkanı qazandım. Onların orta yaş həddi 60-dan çox idi. 
Ağ saqqallı və sarğılıydılar. Sarğı sarımaq Qazax qocaları üçün şərəf 
hesab olunur. Namaz qıldıqdan sonra ən yaxınımda olan qoca 
qalmağım üçün işarə etdi. Sıraların sonunda dayananlar mollaya doğru 
yaxınlaşaraq kiçik bir dairə əmələ gətirdilər. Sıranın sağ yanında oturan 
İxlas surəsini oxumaya başladı. Üç dəfə təkrarladıqdan sonra növbə 
onun yanında oturana keçdi. O, da qazaxca qısa bir ilahi oxudu. Əmin 
deyildim, ancaq deyəsən Yesəvinin  hikmətlərindən idi. Çünki dili 
hazırkı Qazaxca deyildi. Kimi Quran oxudu, kimi də ilahi söylədi  və 
axırda  uzun bir dua oxundu. Bu qocalar ya hələ təsəvvüflə 
maraqlanırdılar,  ya da keçmiş təriqət  üsullarından  qalma ənənəvi 
davranışları göstərirdilər. Əmin deyildim, doğrusu maraqlanırdım da, 
ancaq suallarımdan narahat olacaqlarından qorxurdum.  Bundan başqa, 
əgər təsəvvüflə bağlılıqları vardırsa da  və bunları o səbəbdən 
edirdilərsə, mənə deməyəcəklərindən əmindim. 
Üç nəfərlik qrupumuzun işləri çox yaxşı gedirdi. Ramazan ayının 
sonuna  yaxın  yeni dostlarımızı qaldığımız otelə “ağız  açmağa”  dəvət 
etdik. Qazaxlar Anadolunun bir çox sayda yörəsində də istifadə etdiyi 
kimi iftara “ağız açmaq”  deyirlər. Ayrıca maraqlı olan bir məsələ də 
“oraza tutma” yəni oruc tutmaq deyimidir. Qazaxcada tutmaq feli 
yerinə “ustau” istifadə olunur. Kitabı tutmaq, Qazaxca “Kitabı ustau” 
şəklində söylənir. Ancaq oruc tutmaq yerinə oraza ustau deyilmir, 
“oraza tutu” deyilir. Oruclu olmaq “ağızbekitu” yəni ağız bağlamaqdır.  
İftar etmək isə “ağız açu” dur. Qazaxcadakı –u, şəkilçisinin Türkiyə 
türkcəsindəki –mak, -mək mənalarını verdiyi, hər halda başa düşülür.  


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə