www.kitabxana.net
– Milli Virtual Kitabxana
29
Yeməkdən sonra “Amin, Allahü-əkbər” sözləri hamı tərəfindən
yemək duası olaraq söylənilir.
Bu evləri isitmək üçün kömür sobalarına bağlı mərtəbələrdə
istilik sistemi quraşdırılır və evin hər yeri yalnız bir sobayla isidilir. Bu
birləşmiş qablar prinsipinə bağlı bəsit bir sistemdir. Anadoluda sobalar
evin giriş hissəsində qoyulur. Sobanın üzərində kiçik bir su qazanı
qoyulur. Pətəklərə gedən borular bu qazana bağlıdır və su tarazlıqda
olur. Qazanın qaynaması ilə birlikdə genişlənən və buxarlanan su
sistemi hərəkətə gəlir və boruların içində daim dövretmə başlayır. Bu
sadə mexanizmlə evin hər tərəfi isidilmiş olur.
Qazax və ya Özbək, bütün Türkistanlıların həyət evlərindəki
qayda bu şəkildədir. Bir fərq var ki, Özbək evlərinin bağçası daha yaşıl,
meyvə və tərəvəz baxımından daha zəngindir. Bu da Özbəklərin kənd
təsərrüfatı işlərinə daha yaxın olmalarından qaynaqlanır.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
30
“YENİ TÜRKİSTAN”
Çimkənd şəhərindən gələn ana yolun ilk dörd yol qovşağı Yesəvi
Türbəsinə dönən yerdədir. Bu qovşaqdan sola dönərkən Yesəvi
Türbəsinə, sağa dönərkən isə Kentav yoluna çıxılır. Şəhərin mərkəzinə
girmək üçün isə qovşağı qarşı tərəfə keçmək lazımdır. Şəhərin
idarəetmə mərkəzi də bu qovşaqdan başlayır. Qovşağa girişdə sol
tərəfdə olan məktəb binası, onun arxasındakı hərbi hissə, qarşı tərəfdə
məhkəmə binası, rusların Türkistanı ələ keçirdikdən sonra yaratdıqları
“Yeni Türkistan” bu ətrafda yerləşmişdir. Məhkəmə binasından sonra,
əvvəllər Leninin heykəlinin olduğu böyük bir meydan və meydanı
əhatəyə alan İcra Hakimiyyəti və Yesəvi Universitetinin binası yerləşir.
İlk Qazax xanlarından Esim xanın adını daşıyan bu ərazidə Novruz,
Müstəqillik günü kimi böyük bayramlar qeyd olunur. Hər novruzda
burada festival keçirilir.
Böyük Özbək yazarı və Türkistan doğumlu Adil Yaqubovun
uşaqlıq illərində bu ətrafda beş bina varmış. Yaqubov uşaq olanda atası
antikommunist olduğu üçün həbs olunur. “Rejim düşməninin uşağı”
kimi keçirdiyi günlərdə Türkistanın bu səmtini və bu ərazidə keçirilən
tədbirləri Yaqubov belə xatırlayır:
“Türkistanda Qul Xoca Əhməd Yesəvi Türbəsinin düz yanında
Orta Asiyanı zəbt edən General Çerniyayev tərəfindən tikdirilən beş-
altı möhkəm kərpic bina vardı. Çerniyayev bu binaları çarın əsgərləri
üçün tikdirmişdi. Sovet hakimiyyəti isə bu binaları həbsxana kimi
istifadə etmək üçün ətrafını tikanlı məftillərlə əhatələmişdi. Hər şənbə
bu tikanlı qalaya ən az 150-200 gənc yaşda qadın, kişi toplaşırdı.
Bunlar “xalq düşmənləri”nin ailələri idi. Gənc qadınlar, xəstə qocalar,
həbsxana məmurlarının yeməkləri qəbul etmələrini gözləyənlər
səhərdən axşama qədər tikanlı məftillərin yanında məzlum baxışlarla
dayanırdılar. Anam bəzən məni də həbsxana istiqamətində aparır, əgər
görüşmək nəsib olarsa, atamın məni bir daha görməsini istəyirdi. Ancaq
atamı bizə bir dəfə də göstərmədilər və apardığımız yeməkləri də geri
qaytardılar. Bəzən mən saatlarla gözlədikdən sonra bir bəhanə ilə
həbsxananın düz yanındakı şəhər parkına tərəf qaçardım. Orada hər gün
nümayiş olurdu. Şəhər məktəblərindən nağara və şeypur səsləri ilə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
31
pionerlər və hətta oktyabryatlar (kommunist uşaq təşkilatlarının üzvləri)
sıra-sıra parka gəlirdilər. Parkın ortasında qırmızı rənglərlə örtülmüş
böyük kürsülər vardı. Dəri pencək geyinmiş beli tapançalı “fəallar” bu
kürsülərdən nitq söyləyirdilər”.
Yesəvi Türbəsinin yanındakı qovşaqdan hər keçdiyim zaman
gözlərim Yakupovun uşaqlıq illərinin xatirələrindəki binaları axtarırdı.
Qovşağın sağında dayanan bina Yakupovun oxuduğu məktəb
olmalıydı. Həbsxana olan binalar isə ya qarşı küncdə hələ də məhkəmə
binası kimi istifadə edilən tikiliydi və ya məktəbin arxasındakı hərbi
hissəsinin binalarıydı. O dönəmdə hər gün tədbir keçirilən park və
meydan isə məhkəmə və icra hakimiyyəti binaları arasındakı park və
indiki adıyla Esim Xan ərazisi olmalıydı.
Yakupovun beş-altı daş bina olaraq tərif etdiyi “Yeni Türkistan”
məhəlləsi daha sonrakı illərdə bir-birinə paralel prospektlər və ona
açılan küçələrlə kifayət qədər genişlənmişdi. Bütün rəsmi qurumlar,
banklar bu ətrafda yerləşmişdi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
32
YESƏVİ TÜRBƏSİ
Dan yeri ağarırdı. Günəş arxamızdan ilk şüalarını səhraya
yayarkən biz qərb tərəfi seyr edirdik. Hələ şəhərə dair heç bir işarə
görünməzkən, möhtəşəm memarlıq işi səhranın ortasında adətən
studiyada işlənmiş kimi təkbaşına dimdik dayanır və baxışlarımızı alıb
aparırdı. Avtomobili sürən Qazax sürücü Ömürzak şəhərə təqribən on
beş kilometr yolumuz qaldığını söylədi. Yaxınlaşdıqca abidə böyüyür
və işıltı artırdı. Ətrafında şəhərin çoxmərtəbəli yüksək binalarının
görünməyə başladığı zaman Türkistan şəhərinə daxil olmağa artıq beş
kilometr yolumuz qalmışdı. Bu, möhtəşəm abidənin yer seçiminin
üstünlüyü idi. Daha sonrakı illərdə şəhərin yalnız Çimkənd girişindən
deyil, digər girişlərindən də eyni görüntünün yarandığını, burada
yaşayaraq öyrənəcəkdik.
Türbənin bu xüsusiyyəti şəhərin bir vaxtlar adında da əks olunan
engebeli coğrafi quruluşundan qaynaqlanır. Əngebeli ifadəsi ilk baxışda
bölgədə böyük çuxurlar və təpələrin olduğunu ifadə edir. Lakin burada
səhranın ortasında doqquz metrlik bir təpə əraziyə adını verə biləcək
qədər mühüm sayılır. Tarixi 2000 il əvvələ gedən Türkistan şəhəri ilk
yarandığında Kültəpə adlanan doqquz metr yüksəklikdə bir təpə
üzərində yerləşmişdir. Əhməd Yesəvi Türbəsi isə, Kültəpənin
zirvəsindən 350 metr şimaldadır. Aradakı bu məsafədə təpə 2-3 metr
alçaldığından və Yesəvi Türbəsinin 46,5 metr olan öz yüksəkliyi ilə
uzaqlardan təkbaşına görünməsinin səbəbləri aydın olur.
Övliyalar Sərvərinin şəhərinə günəşin ilk işıqları ilə birlikdə
çatırıq. 1997-ci ilin may ayının 17-də, səhər çağı Türkistanın havasında
insanın ruhunu oxşayan bir sərinlik vardır. Gecə boyu davam edən
yolçuluğun verdiyi yorğunluğumuza baxmayaraq, keçmiş Türk
ənənəsinə uyğun, hər şeydən əvvəl “şəhərin sahibini” ziyarət etməliyik
deyə düşünürük. Yoldaşım Ömürzak bu münasibətə heç yad deyil.
Məndən əvvəl çox sayda Türkiyəlini Türkistana gətirən Ömürzak,
onların da heç bir yerə getmədən, ilk Yesəvi Türbəsinə gəldiklərini
söyləyir.
Möhtəşəm memarlıq işi yaxınlaşdıqca daha təsirli hala gəlir.
Şəhərin içində (iki kilometr) birmərtəbəli evlərin arasındakı ana yolda
Dostları ilə paylaş: |